Kolmar və Şəki arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb
Tarix: 20.11.2015 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Fransa Respublikasının Kolmar şəhəri ilə Azərbaycan Respublikasının Şəki şəhəri arasında qarşılıqlı dostluq və əməkdaşlıq xartiyası imzalanıb.
Mərasimində Kolmar şəhərinin meri Jilber Meyer qeyd edib ki, bu xartiyanın imzalanması tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılmış müzakirələrin nəticəsidir.
Kolmar şəhər merinin başçılıq etdiyi nümayəndə heyətinin 2013-cü ildə Şəki şəhərinə səfərindən danışılaraq iki şəhər arasında olan oxşar cəhətlər vurğulanıb.
İmzalanma mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 13-də Parisdə törədilən terror aktları qurbanlarının ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
E. Usubov Şəkinin tarixi –memarlıq abidələri, o cümlədən Xan sarayı haqqında ətraflı məlumat verərək onun festivallar şəhəri olduğunu və keçən il 4 festivala ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Fransa ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan E. Usubov bu xartiyanın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin uğurlu nəticəsi olduğunu qeyd edib.
O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni irsimizin qorunub saxlanmasına verdiyi töhfələrdən danışaraq onun təşəbbüsü ilə Şəkidəki “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi istiqamətində görülən işləri vurğulayıb.
Fransa -Qafqaz Dostluq qrupunun rəhbəri, senator Andre Rişar və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov imzalanacaq xartiyanın əhəmiyyətinə toxunaraq onun iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Kolmar şəhərinin meri Jilber Meyer dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.
Qeyd edək ki, qaydaya əsasən, bu il mayın 20-də Şəki şəhərində imzalanan xartiya qarşılıqlı olaraq Kolmar şəhərində də imzalanmalı idi.
Xartiyanın məqsədinin iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, görüşlər və mübadilələr vasitəsilə mədəniyyət, turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrə təkan vermək olduğu bildirilib.
Xartiya çərçivəsində Kolmarda təşkil olunan Milad bayramı bazarında Azərbaycan da öz köşkləri ilə iştirak edəcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info