QHT-lərlə bağlı yeni qaydalar təsdiqlənib
Tarix: 20.11.2015 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nı təsdiq edb.
Nazirlər Kabinetindən verilən məlumata görə, müqavilələr bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalıdır.
Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi 15 gün müddətində müqaviləni qeydiyyata alır.
Ədliyyə Nazirliyi araşdırma nəticəsində çatışmazlıqlar aşkar etdikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş çatışmazlıq bu qaydanın müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda müqavilələrin qeydiyyata alınmasından imtina edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info