Quzanlıda Yeni Azərbaycan Partiyasının 23 illiyi qeyd olunub
Tarix: 20.11.2015 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının üzvləri partiyanın yaranmasının 23-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ağdam musiqi kollecində YAP Ağdam rayon təşkilatının idarə heyəti və şura üzvlərinin, ilk partiya təşkilatı sədrlərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Partiyanın Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev çıxışında regionun ən böyük siyasi qüvvəsi olan YAP-ın yaranması, fəaliyyəti, uğurları, ölkəmizin həyatında rolu barədə ətraflı danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan YAP fəaliyyət göstərdiyi 23 il ərzində çox şərəfli və çətin bir yol keçib. YAP 23 illik fəaliyyəti dövründə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal siyasi rol oyanıb.
Məlumat verilib ki, bu gün rayon təşkilatı 6102 nəfər YAP üzvünü birləşdirir. Onlardan 2533 nəfəri qadınlar, 1752 nəfəri gənclərdir. 2015-ci ilin 10 ayı ərzində 237 nəfər partiya sıralarına qəbul olub. YAP Ağdam rayon təşkilatının üzvləri rayonun ictimai, siyasi mədəni həyatında fəal iştirak edirlər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, təşkilatın Qadınlar Şurasının sədri Mətanət Misirxanova və başqaları çıxış edərək, 1990-cı illərin əvvəllərində ölkənin ağır vəziyyətindən, belə bir dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılmasından, partiyanın keçdiyi şərəfli yoldan danışıblar. Bildirilib ki, YAP dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, iqtisadi tərəqqinin əldə olunmasında müstəsna rol oynamaqla, ən mütəşəkkil, güclü, nüfuzlu və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri ilə təsdiq edib.
Tədbirdə partiya sıralarına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim edilib
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info