BANM və Moskva Fiziki-Texniki İnstitutu arasında əməkdaşlıq
Tarix: 20.11.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Moskva Fiziki-Texniki İnstitutunun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Anna Derevnina Bakı Ali Neft Məktəbində oldu. Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov qonağı ali məktəbdə görməkdən məmnunluğunu bildirdi. Professor Ramiz Hümbətov BANM-in tarixi haqqında məlumat verərək, bu ali təhsil müəssisəsinin 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını dedi. Azərbaycanda neft sənayesinin inkişafından, SOCAR-ın biznes fəaliyyətinin xarici ölkələrdə genişlənməsindən söz açan prorektor ali məktəbin əsas məqsədinin neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanması olduğunu dedi. O, ali məktəbdə təhsilin ödənişsiz olduğunu vurğuladı və tədrisin ingilis dilində aparıldığını diqqətə çatdırdı. Ramiz Hümbətov bildirdi ki, BANM-də tədris Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. O, həmçinin fənlər üzrə yekun imtahan nəticələrinin Heriot-Vatt Universitetinin professorları tərəfindən qiymətləndirildiyini qonağın diqqətinə çatdırdı. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-i seçdiyini deyərək, Prezident təqaüdçüsü adını qazanan tələbələrin sayının da yüksələn xətt üzrə getdiyini bildirdi. Bu tədris ilində I qrup üzrə Prezident təqaüdünü qazanan 25 tələbədən 17-nin BANM-in tələbəsi olduğuna diqqət çəkdi. Ali məktəbin kampusu haqqında söz açan prorektor orada tələbələr üçün yaradılan şəraitdən danışdı. Ramiz Hümbətov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric, Halliburton, Statoil kimi bir sıra transmilli şirkətlərdə istehsalat təcrübəsi keçməsindən də söz açdı, BANM-in Moskva Fiziki-Texniki İnstitutu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Moskva Fiziki-Texniki İnstitutunun Beynəlxalq əlaqələr üzrə prorektoru Anna Derevnina səmimi qəbula və məlumata görə öz təşəkkürünü bildirdi. Azərbaycanda ilk dəfə olduğunu deyən Anna Derevnina Bakıda keçirilən Azərbaycan-Rusiya Universitetlərlərarası Forumunda iştirak etmək üçün ölkəmizə səfər etdiyini dedi. O, təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət sahələri haqqında geniş məlumat verərək, birgə proqramların və layihələrin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı fikirlərini bölüşdü. O, BANM-in rəhbərliyini təmsil etdiyi ali təhsil müəssisəsinə dəvət etdi.
Görüşdə, eyni zamanda, əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, o cümlədən digər məsələlər ətrafında müzakirələr aparıldı.


Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info