Azərbaycan İlkka Kanervanın bəyanatını alqışlayıb
Tarix: 20.11.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


“Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT PA-nın prezidenti İlkka Kanervanın Daimi Şuraya müraciətini alqışlayır.”
Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1078 saylı iclası ilə bağlı yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycan ATƏT məkanında etimad tədbirlərinə xidmət edən parlamentlərarası əməkdaşlığı dəstəkləyir: “Məhz bu çərçivədə biz assambleyanın 2014-cü ildə keçirilən illik iclasına ev sahibliyi etmiş və Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğumuzu ifadə etmişdik. Eyni qaydada, biz noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Parlament Assambleyasına dəvət göndərmişdik. Təəssüf ki, assambleya ATƏT-ə üzv dövlətin bu təklifini rədd etdi və əvəzinə DTİHB-nin qurumun mandatına uyğun olmayan birtərəfli qərarına əməl etdi”.
Bununla yanaşı, sənəddə Azərbaycanın assambleyanın ATƏTməkanında "dondurulmuş" münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəkləməsi ilə bağlı ardıcıl mövqeyini alqışladığı vurğulanır.
Qeyd edək ki, ATƏT Parlament Assambelyasının prezidenti İlkka Kanevra Daimi Şuranın noyabrın 19-da keçirilən iclasında ATƏT-i Azərbaycanda ofisini bərpa etməyə çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info