“Azəryolservis”in “Qaynar xətt”inə müraciət edənlərin sayı açıqlandı
Tarix: 20.11.2015 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yolarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə məlumatların əldə edilməsi məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, “Qaynar xətt” fəaliyyət göstərir.
“Qaynar xətt” fəaliyyət göstərdiyi son bir ay ərzində ( 19 oktyabr-19 noyabr ) xüsusi telefon xəttinə 93 zəng daxil olub. Gələn zənglərin əksər hissəsi yolların təmiri, piyada zolaqlarının olmaması, yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra bərpa işlərinin aparılmaması, işıqlandırma sistemlərində yaranmış problemlər, bəzi yerlərdə zəruri yol nişanlarının olmaması və intensiv yağışlardan sonra yollarda nəqliyyat vasitələrinin hərəkətində yaranmış problemlərlə bağlı olub.
Daxil olan zənglər operativ şəkildə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin növbətçiləri tərəfindən qeydə alınaraq, cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün aidiyyatı üzrə məlumatlandırma işləri aparılıb. “Qaynar xətt”ə daxil olmuş məlumatların əksəriyyəti operativ şəkildə cəmiyyətin əməkdaşları tərəfindən yerindəcə araşdırılaraq, problemin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib. Cəmiyyətin səlahiyyətlərinə aid olmayan zənglər isə müvafiq qurumlara yönləndirilib.
Qeyd edək ki, 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin eymək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmmiyyətində tədbirlər planı hazırlanıb.
Tədbirlər planına əsasən avtomobil yollarında mövcud olan problemlərin operativ şəkildə həll eilməsi məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də sutkalıq növbətçilik yaradılıb. Növbətçinin daxil olan məlumatları qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədilə 1 oktyabr 2015-ci il tarixindən etibarən (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, “Qaynar xətt” fəaliyyətə başlayır. Qeyd edək ki, “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib
17.01.2019
DGK dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info