“Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışının nəticələri
Tarix: 20.11.2015 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçirilib. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparıb. Hər komanda da 6 əsas və 2 ehtiyat iştirakçı olub.Yarış 3 turda keçirilib və hər turda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları əks etdirən 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri 44 xalla Qafqaz Universitetinin komandası tutub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 42 xalla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının, 41 xalla Lənkəran Dövlət Universitetinin komandası qazanıb. Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin komandası 2014-cü il noyabrın 12-də keçirilmiş "Heydər Əliyev və Azərbaycan tarixi" adlı I ümumrespublika yarışında da 3-cü yeri tutmuşdu.Qalib komandalar mükafatlandırılıb. Yarışda iştirak edən digər komandalara da sertifikatlar təqdim edilib
Komandanın kapitanı Rüfət Hüseynzadə: “Yarışı,rəqabəti,sualları və təşkilatçılığı çox bəyəndim,ümid edirik davamlı olar,təşkilatçılara və intelektual oyunlarda iştirakımızda bizə çox dəstək göstərən Qafqaz Universitetinə təşəkkürlərimizi çatdırıram .
Qorxmaz Aydınlı: “Digər universitetlərin nümayəndələri də etiraf edir ki, hal-hazırda ən böyük potensial Qafqaz Universitetindədir və düşünürəm ki, komanda olaraq bu potensialın ilk bəhrəsini gördük və inanıram ki, bundan sonra da heyətimizlə yeni qələbələr qazanacağıq”. Emil Yusublu deyib: “Yarışda 46 komanda iştirak edirdi və rəqabət kifayət qədər böyük idi . Bundan öncə keçirilən eyni yarışda yarışın formatından tam xəbərdar olmadığımız üçün 5-ci yeri tutmuşduq və bu dəfə məqsədimiz birinci yer olmaq idi . Bunun üçün komanda olaraq daha yaxşı hazırlaşmışdıq və məqsədimizə çatdıq”. Orxan Səfərov bildirib: “Komanda olaraq son suala qədər mübarizə apardıq və bütün rəqiblərimizi ağır mübarizədə qabaqlaya bildik” .

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info