“Zaman”: “İvanişvili yanlış fikirlər söylədiyini etiraf etmişdi”
Tarix: 14.02.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


“Zaman” qəzetində köşə yazarı Fikrət Ertanın “Gürcüstanın yeni lideri İvanişvili gələrkən...” adlı köşəsi dərc olunub. Oxucularımıza da maraqlı olacağını düşünüb, həmin yazını təqdim edirik:

“Gürcüstan baş naziri Bidzina İvanişvili Türkiyəyə gəlir. Baş nazir Ərdoğan və digər dövlət xadimləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə edəcək.
Bu ziyarətdən əvvəl verdiyi açıqlamada Gürcüstan-Türkiyə əlaqələrinin irəliləyən xətlə inkişaf etdiyini, bu əlaqələri daha da təkmilləşdirməyin vacib olduğunu ifadə edən İvanişvili, Türkiyə baxımından önəmli bir qonşunun, haqqında elə çox da məlumat olmayan yeni lideridir. 2012-ci il oktyabrın 1-də keçirilmiş parlament seçkilərini qazanan və qurduğu koalisiya ilə 25 oktyabr 2012-ci ildən etibarən baş nazir olan İvanişvili, partiyası artıq müxalifətə keçən dövlət başçısı Saakaşvili ilə birlikdə ölkəsini idarə edir. 57 yaşlı İvanişvili, çox varlı gürcü biznesmendir. İvanişvili baş nazir olana qədər, adətən, cəmiyyət içinə çox çıxmayan, tanınmaq istəməyən, mediaya müsahibə belə verməyən, danışmayan, öz aləmində olan bir keşiş kimi yaşamağı üstün tutan biri idi.
Bu gün isə vəzifəsinə görə, istər-istəməz, cəmiyyət içinə çıxsa da, bunu da o qədər ürəkdən etmir. Bunu onun üz ifadəsindən də asanlıqla görmək olar. İctimaiyyət arasına çıxsa da, çox danışmır, çünki danışanda dilindən bəzi sözlər qaçırır. Misal olaraq, Gürcüstan, Türkiyə və Azərbaycan üçün mühüm iqtisadi və siyasi əhəmiyyət daşıyan və tikintisi son mərhələyə çatmış Qars-Axalkələk-Tiflis-Bakı dəmiryolu xətti barədə 2012-ci il dekabrın 21-də dediyi uğursuz sözləri göstərmək olar. İvanişvili o zaman bu dəmiryolunun Gürcüstan baxımından iqtisadi səmərəliliyi və mənfəəti baxımından bəzi sualların olduğunu deməklə, dəmiryolunun gələcəyi haqqında yersiz və lazımsız şübhələrin yaranmasına səbəb olmuşdu. Bu cür sözlərlə səhv etdiyini başa düşən İvanişvili Bakı səfərində bu mövzuda tələsik və siyasi baxımdan yanlış fikirlər söylədiyini etiraf etmiş və peşman olduğunu göstərməyə çalışmışdı. İvanişvilini bu sözlərinə görə artıq qınamaq olmaz, çünki nəticədə səhvini qəbul edib. Bizə elə gəlir ki, belə səhvə yol verməsi isə, böyük sərvətə malik olan bir biznesmenin siyasətdə hələ naşı olmağından irəli gəlir. Məsələn, Saakaşvili 1995-ci ildən siyasətdədirsə, İvanişvili, sadəcə olaraq, 5-6 aydır, siyasətə qoşulub. Bundan başqa, Saakaşvili intellektual və sayılıb-seçilən bir ailədə böyüyüb, İvanişvili isə sadə ailənin uşağı olub. Türkiyəyə gəlişi səbəbindən İvanişvilinin sərvətinin qaynağını və bəzi bioqrafik xüsusiyyətlərini bir daha detallarıyla xatırladaq. Gürcüstanın kasıb kəndi olan Çorvilada 5 uşaqlı ailənin 5-ci uşağı olan İvanişvili orta məktəbi bitirdikdən sonra, Tiflis Dövlət Universitetində Mühəndislik və iqtisadiyyat fakültəsini oxuyub. Daha sonra isə Moskvaya doktorluq işi üçün gedib. Moskvada olarkən evdə şagirdlərə xüsusi dərslər verməklə yanaşı, digər müəllim Vitali Malkin ilə tanış olur və onunla birlikdə ticarətə qoşulur. İki şərik kompyuter, telefon satmaqla ilk 100 min dolları qazanır və bununla da “Russkiy Credit” bankını açırlar. Bu bank isə həmin dövrdə sərmayələri ilə əməlli-başlı pul qazanır. İki ortaq daha sonra özəlləşdirmələrdə qaz, neft kimi rəğbət görməyən sahələrə baş vuraraq dəmir cövhəri və digər mədənləri alır. Müəyyən müddət sonra bunlar qiymətə minir və hər iki şərikə çoxlu pul qazandırır”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info