Avropa Komissiyasından Putinə barışıq təklifi
Tarix: 21.11.2015 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Jan-Klod Yunkerin məktubunda Avropa Birliyi ilə Avrasiya İqtisadi Birliyi arasında daha sıx ticarət əlaqələr yaratmaq təklif edilib
Avropa Komisiyasının sədri Jan-Klod Yunkerin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda qeyd edir ki, Rusiya ilə Avropa Birliy ölkələri arsında iqtisadi münasibətlər inkişaf etdirilməlidir. O, həmçinin Moskvaya Avropa Birliyi ilə Avrasiya İqtisadi Birliyi arasında daha sıx ticarət əlaqələr yaratmağı təklif edib. Bu barədə “Röyters” agentliyi məlumat yayıb. Yunker öz məktubunda xüsusi olaraq qeyd edir ki, bu iki təşkilatın ticarət əlaqələrinin bərpası birbaşa Ukraynadakı atəşkəs haqqında Minsk sazişinin həyata keçirilməsi ilə bağlıdır: “Bu istiqamətdəki əməkdaşlığı inkişaf etdirmək daha çox Avropa Birliyinə üzv olan ölkələrin əlindədir. Bu, eyni zamanda, sinxron olaraq Minsk müqaviləsinin müddəalarını həyata keçirilməsinə kömək edə birlər”. Parisdə baş verən hadisələr fonunda Rusiya və Qərb ölkələri arasında əməkdaşlıq bərpa oluna bilər. Qeyd edək ki, Paris terrorundan sonra Qərb ölkələri “İŞİD”-ə qarşı mübarizə və Suriya böhranının həlli istiqamətində Moskva ilə münasibətləri bərpa etməyə çalışır. Məhz buna görə də, Yunker Rusiya ilə Avropa Birliyi ölkələri arasında münasibətlərin son bir neçə ildən fərqli olaraq daha da inkişaf etdirməyi lazım bilir. Avropa Komissiyasının sədri, həmçinin, bir müddət əvvəl Qərbin Rusiyaya qarşı tətbiq etdiyi qadağaların Minsk razılaşmasının icrasına uyğun olaraq aradan qaldırılmasının mümkünlüyünü də bildirib. Qeyd edək ki, Jan-Klod Yunkerin əməkdaşlıq barədə məktubu Litva Xarici İşlər Nazirliyi tərəfindən təəccüblə qarşılanıb. Nazirlik belə hesab edir ki, ümumiyyətlə bu məktubun Avropa siyasətində qəbul edilməsi çox ziddiyyətlidir. Çünki bu məktub Avropa Birliyi ölkələrinin mövqelərini əks etdirmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info