Ermənistan parlamentinin qapalı müzakirə keçirməsinin səbəbi nədir?
Tarix: 21.11.2015 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Lragir” format dəyişikliyi ilə bağlı bəyanatın təsadüfi olmadığını, Almaniyanın danışıqlarda rolunun artacağını yazır
Ermənistan prezidenti Serj Sərkisyan işğal altındakı ərazilərimizə gəlib. Sərkisyanın işğal altındakı ərazilərimizə səfər etməsi üçün seçilən zaman təsadüfi deyil. Maraqlıdır ki, son günlər işğal altındakı torpaqlarımızın qaytarılmasıbarədə danışıqların aparılması ilə bağlı məlumatlar yayılır. Xüsusilə, Rusiya xarici işlər naziri Lavrovun son İrəvan səfərindən sonra Rusiya mediası bu məsələni yenidən gündəmə gətirib.
“Kommersant” qəzeti yazır ki, Lavrovun İrəvanda keçirdiyi danışıqlarda Dağlıq Qarabağın ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılması ilə bağlı danışıqlar aparılıb. Bu informasiyadan sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə parlamentin qapalı toplantısı keçirilib. Həmin toplantıda ərazilərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunub. Nalbandyan dünən “Aravot” nəşrinə müsahibə verərək Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar haqqında məlumat verib. Nalbandyan bildirib ki, Lavrovla danışıqlarda bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib. O, “Kommersant” nəşrində yayılan xəbərə münasibət bildirərkən deyib ki, rəsmi olmayan məlumatlara etibar etmək lazım deyil. O, bildirib ki, Dağlıq Qarabağ sakinlərinin razılığı olmadan heç bir qərar qəbul edilməyəcək. “Qraparak” qəzeti yazır ki, qapalı toplantının əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Nəşr yazır ki, Nalbandyan deputatları əmin edib ki, genişmiqyaslı müharibə təhlükəsi yoxdur. “Lragir” yazır ki, parlamentdə qapalı toplantının keçirilməsi və Sərkisyanın Qarabağa səfər etməsi bağlı qapılar arxasında gizli danışıqlar getdiyini təsdiqləyir: “Minsk qrupu həmsədrləri bu yaxınlarda bəyanat verərək danışıqlar formatının dəyişdirilməsinə qarşı çıxış ediblər. Formatın dəyişməsi ilə bağlı heç bir informasiya yoxdur. Amma belə bir bəyanat verilməsinə ehtiyac olubsa , deməli buna ciddi cəhdlər var. Maraqlıdır ki, bu bəyanat həmsədrlərin Almaniya xarici işlər naziri ilə görüşündən sonra səslənib. Gələn il ATƏT-ə rəhbərlik edəcək Almaniyanın danışıqlarda rolu arta bilər. Berlinin Qarabağ məsələsinin nizamlanması istiqamətində aparılan danışıqlarda rolu nə ola bilər? Angela Merkelin bu yaxınlarda Ankara səfərində bu məsələ müzakirə olunubmu? Bir məqam da odur ki, format dəyişikliyi ilə bağlı məlum bəyanat Bako Saakyanın Xankəndi hava limanının antiterror əməliyyatları üçün istifadə oluna biləcəyi ilə bağlı açıqlamasından sonraya təsadüf edir. Bütün bunlar Paris terroruna qədər olub. İndi isə vəziyyət dəyişib. Fransa dövlət başçısı bildirib ki, dünya üzrə antiterror əməliyyatları aparılması məsələsini Rusiya və ABŞ dövlət başçıları ilə müzakirə edəcək. Həmsədrlərin bu görüşündə Qarabağ məsələsi də gündəmə gələ bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib
17.07.2019
Ermənistanda iş yerlərinin itxtisarı gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info