“KİV-lə bağlı qanunlara dəyişikliklərin edilməsi zərurəti yaranıb”
Tarix: 23.11.2015 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


“Kütləvi informasiya vasitələri milli-dövlət maraqlarında qırmızı xətti keçməməlidir. Əks-təqdirdə dövlətin qanunları qarşısında cavab verməlidir”.
Bunu “Trend”ə Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, ölkəmizdə mətbuat azaddır, senzura mövcud deyildir: “Jurnalistə "onu yazma, bunu yaz, elə yazma, belə yaz" deyən yoxdur. Jurnalist nəyi, necə istəyirsə, elə də yazır. Belə bir şəraitdə bəzi KİV-lərin dövlət hakimiyyət orqanları, digər qurumlar, ayrı-ayrı dövlət adamları, deputatlar, məmurlar və s. haqqında düzgün olmayan, böhtan xarakterli məlumatlar dərc edərək bir-birilərinə ötürmələri həmin KİV-lərin təsisçilərinin, baş redaktorlarının və düzgün olmayan xəbərləri yazan jurnalistlərin səviyyəsinin göstəricisidir”.
M.Qasımlı vurğulayıb ki, reket KİV-lərin təsisçi və baş redaktorlarının əksəriyyəti jurnalist təhsili olmayan şəxslərdir:
“Böhtan xarakterli məlumatlar tirajlayaraq ajiotaj yaradan KİV-lərin başlıca məqsədi dövlət adamlarını, məmurları, deputatları gözdən düşürtmək yolu ilə ölkədə vətəndaşlar arasında çaşqınlıq, dövlət hakimiyyət orqanlarına etimadsızlıq yaratmaq, hakimiyyəti zəiflətmək, dövlətin əsaslarını "baltalamaqdır". Bu, dövlətimizi daxildən "yumşaq güc" vasitəsi ilə zəiflətməyə çalışan bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının sifarişinin bilərəkdən və ya bilməyərəkdən yerinə yetirilməsidir.
Təəssüf ki, araşdırsanız, belə saytların bir çoxunun arxasında dövlətçilik təfəkkürü olmayan bəzi məmurların, danışığında və yazılarında özünü "filah pərəst" kimi təqdim edən, milli məsələləri uzun illər boyu artıq alver predmetinə çevirmiş cılız təfəkkürlü ayrı-ayrı şəxslərin dayandığının və maliyyələşdirdiyinin şahidi olarsınız”.
M.Qasımlı qeyd edib ki, KİV öz fəaliyyətini dövlətimizin mövcud qanunlarına əsasən qurmalı, məsuliyyətli, ədalətli, qərəzsiz və obyektiv olmalıdır:
“Media, yaydığı hər bir xəbər üçün məsuliyyət daşımalı, yazdığının arxasında durmalıdır. Böhtanlar tirajlayan saytların bir çoxunda ünvan, təsisçi, baş redaktor və əlaqə telefonları yazılmır. Necə ola bilər ki, bir şəxs bir neçə "reket" saytı idarə etsin, özü də dövlət hakimiyyət orqanlarını gözdən düşürsün? Axı, biz dövlətik və bu məsələlərdə qanunun bütün gücündən istifadə edilməlidir. Demokratiya anarxiyaya gətirməməlidir. Qanun bu məsələləri dəqiq şəkildə tənzimləməlidir. KİV-lərə fəaliyyət üçün müvafiq icazələri verən orqanların məsuliyyəti artırılmalıdır. Ona görə də müvafiq qanunlara əlavə və dəyişikliklərin edilməsinin zəruriliyi qənaətindəyəm".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info