“Cinayət törədən şəxs bilməlidir ki, gec-tez ona hüquqi qiymət veriləcək”
Tarix: 23.11.2015 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycanda hər bir kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir, burada hüquq şahdır və cinayət törədən şəxs bilməlidir ki, gec-tez ona hüquqi qiymət veriləcək və o, cinayətinə görə cavab verəcək”.
Bunu Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev son dövrlərdə Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələri şərh edərkən deyib.
M.Quliyev bildirib ki, ola bilər ki, bir neçə nəfər cinayət edib və bu gün ona hüquqi qiymət verilir.
Nazir müavini qeyd edib ki, xalqımız Milli Təhlükəsizlik Nazirliyinə inanıb və bu gün də inanır:
M.Quliyev vurğulayıb ki, KİV-lərdə bununla bağlı məlumatlar yazılır: “Amma bu, Milli Təhlükəsizlik Nazirliyinin ümumi kollektivinə aid deyil, orada əməkdaşların 99 faizdən çoxu saf, təmiz, işgüzar şəxslərdirlər, onlar işləyirlər, dövlətimizin təhlükəsizliyinin keşiyində dururlar”.
M.Quliyev bir neçə gün əvvəl ölkədə baş vermiş internet probleminə də münasibət bildirib:
“Delta Telecom”da qısa qapanmadan yanğın olub, orada məsələni Fövqəladə Hallar Nazirliyi araşdırır. Hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat yoxdur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info