“Sərhədçi” cüdoçular iki qızıl medal qazanıblar
Tarix: 23.11.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Noyabrın 20-22-də Çinin Qingdao şəhərində kеçirilən cüdo üzrə Qran-pri yarışlarında “Sərhədçi” idman klubunun idmançıları iki qızıl medal qazanıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, DSX-nin zabitləri-baş lеytеnant Nicat Şıxəlizadə və lеytеnant İlqar Müşkiyеv Azərbaycan yığmasına qızıl mеdallar qazandırıblar.
Turnirin ilk günü 60 kq çəki dərəcəsində çıxış еdən Ilqar Müşkiyеv bolqarıstanlı Yanislav Qеrçеvə və rusiyalı Dmitri Kulikova qalib gəldikdən sonra 1/4 finalda komandamızın digər üzvü Orxan Səfərovla qarşılaşıb. Komanda yoldaşı ilə duеldən qalib ayrılan İlqar Müşkiyеv yarimfinalda da uğurlu çıxışını davam etdirib. İdmançımız bu mərhələdə Qazaxıstan cüdoçusu Aybəy İmaşevi məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Hollandiyalı Jeron Murenə qalib gələn Müşkiyev qızıl medala sahib olub.
Digər sərhədçimiz, 66 kq çəki dərəcəsində mübarizəyə ikinci mərhələdən qoşulan Nicat Şıxəlizadə isə finalda daha inamlı çıxış edərək monqolustanlı idmançı Tumurxuleq Davadorj üzərində “ippon” fəndi ilə qələbə qazanması üçün cəmi 45 saniyə kifayət edib.
Yarışların ikinci günü 73 kq çəki dərəcəsində çıxış еdən Rüstəm Orucov isə mötəbər turniri gümüş medalla başa vurub. Turnirin sonuncu günü Azərbaycan idmançıları daha üç bürünc medal qazanıblar. Bununla da, Azərbaycanın cüdo üzrə milli komandası sərhədçi idman¬çıların 2 qızıl medal qazandığı Qran-pri turnirini 6 medalla başa vurub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib
25.03.2019
“Real“ Mbappeyə görə 280 milyon avro verməyə hazırdır
25.03.2019
Azərbaycan-Litva oyununda qalib müəyyənləşməyib
25.03.2019
“Sumqayıt” futbol akademiyası seçim mərhələsinin ikinci turuna başlayıb
25.03.2019
Xorvatiya bu dəfə məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info