ATGTİ gənc rəssamlar üçün yeni müsabiqə elan edir
Tarix: 23.11.2015 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Ölkənin və regionun ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) yaranmasının 6 illiyi münasibətilə gənc rəssamlar üçün “ATGTİ 6 ildə” adlı rəsm müsabiqəsini elan edir.
ATGTİ-nin mətbuat katibi İlqar Talıbovun verdiyi məlumata görə,
müsabiqəyə təqdim olunan işlər ATGTİ və onun 6 illik fəaliyyətini, o cümlədən gördüyü işləri əhatə etməlidir.
Gənclər siyasətinin həyata keçirilməsinə töhfələr verən ittifaq ilə bağlı rəsm işlərinin sərgisinin keçirilməsi və iştirakçıların mükafatlandırılması ilə bağlı bütün məlumatlar ictimaiyyətə veriləcək. Müsabiqəyə qatılmaq istəyənlər rəsm işlərini 15 dekabr 2015-ci il tarixinədək ATGTİ-nin 28 may küç. 9/13 ünvanında yerləşən qərargahına gətirərək təqdim edə bilər. Müsabiqə ilə maraqlanan gənclər əlaqə və məlumat üçün İttifaqın rəsmi saytı olan atgti.az internet ünvanına müraciət edə bilər.
Qeyd edək ki, ATGTİ 20 noyabr 2009-cü ildə yaranıb, indiyədək bir çox yerli və beynəlxalq layihələr təşkil etmiş və yaradıcı gənclərin platformasına çevrilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info