“Region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək”
Tarix: 23.11.2015 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsinin icrasını davam etdirir.
Birliyin sədri Nizami Əhmədovun verdiyi məlumata görə, layihə çərçivəsində növbəti tədbir Samux rayonunda Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbiri giriş sözü ilə N. Əhmədov açaraq iştirakçılara layihənin məqsədi və donoru haqqında məlumat verib.
Tədbirdə təlimçilər Aysel Cəfərova, Zülfiyyə Hüseynova və Samirə Ələkbərova, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, Heydər Əliyev Mərkəzinin işçiləri, tarix və hərbi hazırlıq müəllimləri və şagirdlər iştirak ediblər.
Təlimçi Samirə Ələkbərova tədbir iştirakçılarına yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun tərbiyələnməsi, gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılması haqqında ətraflı məlumat veriblər.
Təlimçi Aysel Cəfərova yeniyetmə və gənclərə hərbi-vətənpərvərlik, sağlam həyat tərzi üzrə təlimlər keçib.
Təlimçi Zülfiyyə Hüseynova iştirakçılara xalqımızın milli-mənəvi dəyərləri, keçmiş hərbi – vətənpərvərlik ənənələri, xalqımızın hərb tarixi haqqında məlumatlar verib.
Tədbir iştirakçıları xalqımızın vətənpərvərlik tarixi, torpaqlarımızın bütövlüyü uğrunda gedən tarixi döyüşlər, Milli Qəhrəmanlar və Şəhidlər haqqında məlumatlandırılıblar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Sosial sahədə Əliyev inqilabının növbəti mərhələsi: Minimum əmək haqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı
18.06.2019
Penitensiar xidmətin və Tibb baş idarəsinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları artırılıb
18.06.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları artırılıd
18.06.2019
“Atam, anam və mən”
18.06.2019
MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info