Qarabağ qazilərindən Azay Quliyevə dəstək gəldi
Tarix: 23.11.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“Qarabağ qaziləri” birliyi son günlər QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə bağlı mətbuatda yayılan həqiqətdən uzaq olan məlumatlarla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Qarabağ qaziləri birliyi son günlər QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə bağlı mətbuatda yalan, böhtan və iftira dolu məlumatların yayılmasından narahatdır. Biz ona qarşı başlanan bu kampaniyanı pisləyir və bunu edən şəxslərə öz etirazımız bildiririk!
Biz hələ 90-cı illərin ortalarında Azay Quliyevi tanıyır, onunla birgə Azərbaycanda QHT sektorunun yaranması, inkişafında uzun bir yol gəlmişik. O, bütün fəaliyyəti dövründə yalnız dövlətimizi və dövlətçiliyimizi dəstəkləyən bir insan, milli mənəvi dəyərlərimizə önəm verən vətəndaş olub. Millət vəkili kimi daima Azərbaycanımızın ən ağrılı məsələsi olan Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ problemi ilə bağlı aktiv fəaliyyət göstərib. Bu səbəbdən biz Qarabağ qaziləri, fərdi şəkildə, böyük həvəslə sonuncu parlament seçkilərində 8 Binəqədi seçki dairəsindən onun namizədliyini dəstəklədik. Heç kəsə sirr deyil ki, onun seçki kampaniyası bütün proses boyu həm aktivliyi, həm də rəngarəngliyi baxımından yaxşı mənada fərqləndi. Belə bir insanın dövlətçiliyimizə zidd əməllər törətmiş, dövlətçiliyimizə xəyanət etmiş adamlarla əlaqələndirilməsi heç bir əxlaqa və mənəviyyata sığmayan əməldir.
Bir məsələni xüsusi ilə vurğulamaq istəyirik. Bu gün dünyada insan haqlarının, demokratiyanın müdafiəçisi rolunda çıxış edən Avropanın, Amerikanın fondları, təşkilatımızın ən aktiv və dəstəyə ehtiyac olan dövründə dəfələrlə müraciət etməmizə baxmayaraq, müharibə əlillərinin hüquqlarını müdafiə edən təşkilat olduğumuz görə bizə bir manat da olsun vəsait ayırmadı. Hətta bir dəfə bizə belə bir cavab vermişdilər: “Sizin və təşkilatınızın adı gələndə Azərbaycan insanının yadına ermənilər tərəfindən Qarabağın işğal olunması faktı düşür!...” Şərhə ehtiyac varmı?
Amma QHT-lərə Dövlət Dəstəyi Şurası yarandığı vaxtdan bizim layihələri maliyyələşdirməyə başladı. Bu illər ərzində xeyli səmərəli layihə həyata keçirmişik.
2008-ci ildən bəri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri kimi də Azay Quliyevin fəaliyyəti göz qabağındadır. Büdcəsi hamıya bəlli olan, layihələrin seçimi QHT sektorunun böyük əksəriyyətini razı salan QHT-lərə Dövlət Dəstəyi Şurası, sirr deyil ki, ölkəmizdə ən şəffaf bir dövlət qurumudur.
Azay Quliyev həmişə cəmiyyətə açıq olub, rəhbərlik etdiyi qurumla bağlı daim QHT rəhbərləri ilə müzakirələr keçirmiş, vətənimizə, millətimizə sadiq bir insan olub. Biz ümid edirik ki, Azay Quliyev belə iftiralara, böhtanlara fikir verməyəcək, bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcəkdir.”

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info