Suraxanı Rayon İcra Hakimiyyəti və KİVDF birgə müsabiqə elan edib
Tarix: 23.11.2015 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edilib.
Müsabiqənin mövzusu "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"dir. Məqsəd Suraxanı rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Təqdim olunan yazılara aid tələblər aşağıdakılardır:
- Dərc olunmuş yazıların sərlövhələri təklif edilmiş mövzu ilə eyni olmalıdır;
- Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;
- Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır;
- Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
- Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
- Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər, Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində), Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində).
Qəzetdə dərc olunmuş yazıda “Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbul qaydaları:
- Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə; Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə;
- Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə.
Yazıların həcmi 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).
Tələb olunan sənədlər:
- Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası);
- İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Şəxsi VÖEN-nin surəti;
- Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).
İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət etmək olar. Tələb edilən sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Yazıların qəbulu 2015-ci il 24 noyabr tarixində başlayır, 2016-cı il 15 yanvar tarixində başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Müsabiqədə birinci yer üçün bir nəfər (1000 manat), ikinci yer üçün iki nəfər (800 manat), üçüncü yer üçün üç nəfər (600 manat) qalibin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə (200 manat) həvəsləndirici mükafatlar veriləcək.
Qaliblər, həmçinin Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info