“Parlament-2015” Seçki Monitorinq Koalisiyası yekun hesabat açıqlayıb
Tarix: 23.11.2015 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“Parlament-2015” Seçki Monitorinq Koalisiyasının noyabrın 1-də keçirilmiş V çağırış Milli Məclisinə seçkilərin monitorinqinə dair yekun hesabatı açıqlayıb.
Monitorinqin həyata keçirilməsini təmin etmək məqsədilə təlimlər vasitəsilə birinci mərhələdə 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinin ərazisinə ezam edilib.
Koalisiya özünün apardığı monitorinqi, müşahidəçilərin hesabatlarını, toplanan materialları, “exit-poll” və MSK-nın ayrı-ayrı dairələr üzrə açıqladığı nəticələri geniş və müqayisəli təhlil edib. Qurum eyni zamanda, yerli və beynəlxalq müşahidəçilərin rəylərini də analiz edərək bu qənaətə gəlib ki, seçkilər tam demokratik və şəffaf şəraitdə, Azərbaycan Respublikasının qanunvericiliyinə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə baş tutub. Koalisiya hesab edir ki, namizədlərin irəli sürülməsi, imza toplanması, qeydiyyatı və seçkiqabağı təşviqat mərhələlərində rəsmi seçki qurumları və icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların seçilmək hüququ ilə bağlı qanunsuz məhdudiyyətlərə və pozuntulara yol verilməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədliyini irəli sürmək istəyən Azərbaycan Respublikasının vətəndaşları passiv seçki hüququndan sərbəst istifadə edə biliblər. Koalisiya 118 seçki dairəsi üzrə 1361 məntəqədə apardığı monitorinqin nəticələrinə əsasən hesab edir ki, səsvermə prosesinə hazırlıq, səsvermə, səslərin sayılması və protokollaşdırılması şəffaflıq gözlənilməklə, qanun pozuntularına yol verilmədən həyata keçirilib. Müşahidə edilmiş bəzi nöqsan və çatışmazlıqlar seçkilərin nəticələrinə təsir göstərməyib. Bütün bunları nəzərə alaraq, koalisiya seçkilərin baş tutduğunu və nəticələrin seçicilərin iradəsini dolğun əks etdirdiyini bəyan edib.
Qeyd edək ki, “Parlament-2015” Seçki Monitorinq Koalisiyası Milli Məclisə seçkilərin monitorinqini aparmaq məqsədilə ölkənin 5 qeyri-hökumət təşkilatı (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi) tərəfindən yaradılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info