Bu il keçiriləcək buraxılış imtahanlarında yazı işləri də olacaq
Tarix: 14.02.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərində dövlət sifarişli plan yerləri üzrə qəbul planında dəyişiklik yalnız müəyyən ixtisaslarla bağlı yerlərin sayındakı artımla əlaqədar ola bilər. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib. O bildirib ki, istənilən halda dövlət sifarişli plan yerləri üzrə azalma olmayacaq. M.Abbaszadənin sözlərinə görə, ötən il Nazirlər Kabineti tərəfindən dövlət sifarişli yerlər üzrə qəbul olunan 3 illik qəbul planı qüvvəsində qalır. TQDK sədri qəbul prosesi zamanı əsas müsabiqə vəziyyətinin dövlət sifarişli yerlər üzrə yarandığından abituriyentlərə və onların valideynlərinə həmin yerlərə indidən nəzər salmağı məsləhət görüb. Bu ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunduğunu xatırladan M.Abbaszadə gənclərin bu sahəyə diqqət yönəltmələrini də istəyib. TQDK sədri qeyd edib ki, bu il orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanları ötənilki qaydalar əsasında keçiriləcək. TQDK sədri deyib ki, bu il keçiriləcək buraxılış imtahanlarında testlərlə yanaşı, yazı işləri də olacaq: “Gələn ildən başlayaraq yazı işlərinin nəticələri buraxılış imtahanlarının yekun qiymətləndirilməsində nəzərə alınacaq. Bu il isə buraxılış imtahanları ötən ilki qaydalara əsasən keçiriləcək”.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info