Mətbuat Şurasında internet portallarla bağlı komissiya yaradılıb
Tarix: 14.02.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasında (MŞ) internet resursları üzrə komissiya yaradılıb. Şuranın dünən keçirilən iclasında sədr Əflatun Amaşov bildirib ki, komissiya onlayn mediadan gələn şikayətləri araşdıracaq, internet media ilə bağlı məsələlərə baxacaq, veb-səhifələrə haker hücumlarını və onlayn media ilə bağlı digər məsələləri araşdıracaq. O qeyd edib ki, bu sahə ilə bağlı komissiyanın fəaliyyətinin ümumi konsepsiyası hazırlana bilər. Ə.Amaşov bildirib ki, artıq internet portallardan 30-a yaxın müraciət daxil olub və onlar MŞ üzvü olmaq istəyirlər: "İlbəil internet mediadan Mətbuat Şurasına daxil olan şikayətlərin sayı da artır. Əgər 2011-ci ildə şuraya 7 şikayət daxil olmuşdusa, 2012-ci ildə artıq 20 şikayət almışıq. Yaradılan komissiya da bu şikayətləri araşdıracaq. Elə bu həftə ərzində komissiyanın ilk iclası keçirilərək şikayətlər araşdırılacaq". Ə.Amaşov bildirib ki, Azərbaycanda ictimai fikrin formalaşmasında internet jurnalistikasının rolu getdikcə artır. Mətbuat Şurasının nəzdində yaradılan komissiyaya onlayn mediadan Vaqif Şərifov, Elnur Baimov, Vüsalə Mahirqızı, Azər Həsrət, Müşfiq Ələsgərli, həmçinin .az domenin üzvü Faiq Fərmanov daxil olub.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info