Ölkəmiz Bratislavada Milad Xeyriyyə Bazarında iştirak edib
Tarix: 23.11.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Slovakiyanın paytaxtı Bratislava şəhərində Bratislava Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə sayca 24-cü Milad Xeyriyyə Bazarı keçirilib. Azərbaycan səfirliyinin Slovakiyadakı ofisi tərəfindən milli mətbəximizin çeşidli və ləziz nümunələri tədbirdə iştirak edən slovaklara və dünyanın müxtəlif ölkə və qitələrini təmsil edən çoxsaylı qonaqlara ayrıca masada təqdim edilib. Masanın təşkilinə Azərbaycanın “Gilan Holding” şirkəti dəstək verib və ölkəmizdə həmin şirkət tərəfindən istehsal olunmuş müxtəlif çeşidli qida məhsulları təqdim edilib.
Tədbirin rəsmi açılışında Slovakiya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak və onun həyat yoldaşı, Bratislava Beynəlxalq Qadınlar Klubunun fəxri üzvü Yarmila Layçakova ölkələrinin mədəniyyətini təmsil etdiklərinə və xeyriyyəçilik işinə töhfə verdiklərinə görə diplomatik nümayəndəliklərə və digər iştirakçılara təşəkkürlərini bildiriblər. Daha sonra M.Layçak milli masalarla tanış olub, ona Bratislavada təşkil olunan bu tədbirdə Azərbaycanın ilk dəfə iştirak etdiyi barədə məlumat verilib.
Ölkəmizin masası, orada təqdim edilən milli xörəklərimiz və məhsullarımız qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Azərbaycanın bu tədbirə ilk dəfə qatıldığı barədə təşkilatçılardan məlumat almış bir neçə yerli KİV-in (RTVS dövlət telekanalı və RTVS dövlət radio kanalı, TA3 dövlət xəbərlər kanalı və JOJ kommersiya kanalı) nümayəndələri Azərbaycan stendinə yaxınlaşaraq ölkəmizin iştirakı, masamızda təqdim edilmiş xörəklər və onların tərkibi ilə maraqlanıblar. Onlar tədbir barədə hazırladıqları süjetlərdə ölkəmizin iştirakını da işıqlandırıblar.
Xeyriyyə tədbiri zamanı milli yeməklərin və məhsulların satışından əldə edilmiş gəlir sonda təşkilatçılara təqdim olunub. Həmin vəsait Bratislava Beynəlxalq Qadınlar Klubu tərəfindən xeyriyyəçilik layihələrinə sərf ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info