“Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği”
Tarix: 23.11.2015 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği” layihəsi həyata keçirilib. 3 ay davam edən layihədə 8 iştirakçıya videoçəkiliş və montajın əsas prinsipləri öyrədilib. Yeni biliklərə yiyələnən təlim iştirakçıları öz yazdıqları ssenarilər əsasında şəhər mədəniyyətinə zidd olan hərəkətləri qınağa səsləyən sosial çarxlar çəkmiş və montaj ediblər. İştirakçıların hazırladığı videoçarxlar sosial şəbəkələrdə #EtikOl adı ilə paylaşılacaq.
Tədbirin aparıcısı Duyğu İctimai Birliyinin sədri Təranə Musayevadır. T.Musayeva sosial çarxlarda bəhs edilən mövzuların gündəlik həyatda nə dərəcədə aktual olduğundan, urbanizasiya gedən dövrdə şəhər mədəniyyətinin özündə ehtiva edən davranış qaydalarının əhali arasında təbliğinin vacibliyindən danışacaq.
Təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Turizm və Menecment Universitetinin, bir sıra QHT-lərin nümayəndələri və tələbələr iştirak edəcəklər.
Duyğu Sosial Reabilitasiya İctimai Birliyi Sizi “Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği” Layihəsinin yekun təqdimatına dəvət edir.
27 Noyabr, saat 11.00-da Azərbaycan Turizm və Menecment Universitetinin akt zalında (8 mkr, “Zirvə” Şadlıq sarayının yanı) baş tutacaq təqdimatda şəhər mədəniyyətini təbliğ edən videoçarxlar izləniləcək. Təbdir saat 12:00-da yekunlaşacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info