“Ermənistanın Armavir vilayəti əhalisinin 90 faizinin borcu var”
Tarix: 24.11.2015 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Erməni kəndlilərinin etirafına görə, hazırda onların bəziləri nəinki kredit borclarını ödəmək, hətta gündlik çörək pulunu da əldə etmək iqtidarında deyillər. Bu barədə Ermənistanın “1.in” saytı yazır.
Ermənistanın Armavir vilayətinin Arevik, Pşatavan, Alaşkert və digər kəndlərinin icmaları bu il kredit ödəməkdən kütləvi şəkildə imtina etmək qərarına gəliblər. Kəndlilərdə belə inam yaranıb ki, kredit təşkilatları kreditlərin qaytarılması üçün yalnız bir yol seçiblər: məhkəmə yolu ilə kəndlilərin iflas olduğunu tanıtmaq və bu yolla onları torpaq sahələrindən və evlərindən məhrum etməklə bütün mülkiyyətlərinə sahib çıxmaq...
Qeyd edək ki, bəzi kəndlilər məhkəmənin belə bir qərar qəbul edəcəyinə tərəddüdlə yanaşsalar da, ölkədəki İcbari Mühafizə Xidməti insan resurslarının qorunması ilə bağlı başqa variant tapmaqda hələ də çətinlik çəkir. Lakin bununla belə, kəndlilər əminliklə bildirirlər ki, məhkəmələr qərar qəbul etsələr belə, bu, onlar üçün əsas olmayacaq. Onlar nə yolla olursa olsun, əmlak və mülkiyyət hüquqlarını qorumağa çalışacaqlar.
Xatırladaq ki, bu vilayətdə kəndlilərin əsas gəlirləri Rusiyaya ixrac edilən üzüm hesabına əldə edilirdi. Ötən il kəndlilərdən 300-350 drama alnan üzümün qiyməti bu il 120-130 drama enib. Bunu rus rublunun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirənlər erməni kəndlilərinin hansı məhrumiyyətlərlə üzləşdiyini nəzərə almayıblar.
Məhz buna görə də, qiymətlərin artacağına ümid edən bəzi kəndlilər öz məhsullarını bu ilin sentyabr ayında satmaqdan imtina edərək, qiymətlərin artacağı ümidi ilə gözləmə mövqeyində dayanmışdılar. Kəskin hava şəraiti sonrakı aylarda üzümlükləri yararsız hala saldığından istehlakçılar bu məhsulları almaqdan da imtina etdilər.
Problemlərlə üzləşən kredit ödəyiciləri bank və şirkətlərin nümayəndələri ilə borcları gələn il ödəyəcəkləri barədə razılıq əldə etmək üçün onlarla danışıqlara cəhd etsələr də, bu danışıqlar o qədər də effekt verməyib. Hazırda onların öz etirafına görə, nəinki kredit ödəməyə, hətta gündəlik çörək almağa belə pul tapa bilmirlər. Axı, onların üzümdən başqa, heç bir yerdən gəlir mənbələri yoxdur. Amma bank və şirkətlərin nümayəndələri nə yolla olursa olsun, bocların qaytarılmasında iddialıdırlar. Əks halda, onlar kəndliləri məhkəməyə müraciət edəcəkləri ilə qorxudurlar.
Kəndlilər məhkəmənin kredit verənlərin xeyrinə qərar qəbul edib onların mülkiyyətinin müsadirə edilməsinə inanırlar: «Hazırda bu vilayətdə yaşayanların 80-90 faizinin banka borcu var. Onlar bundan imtina etmirlər. Lakin kredit verənlər də bizi başa düşməlidirlər. Bizim əsas gəlirimiz yetişdirdiyimiz məhsul hesabına başa gəlir. Lakin bu il yığdığımız məhsul heç öz xərclərimizi də ödəmədi. Lakin onlar kəndləri məhv etmək istəyirlərsə, bu, artıq başqa bir problemdir» -deyə bildirən kəndlilər onu da əlavə edirlər ki, «Biz ancaq gələn ilin avqust ayında-üzümün erkən yetişən vaxtında borclarımızı ödəyə bilərik». Ermənistanda başqa sahələr kimi, kənd təsərrüfatının da riskli bir sahə olduğunu bildirən kəndlilər, bu riskin bank və kredit təşkilatları tərəfində verilən yüksək faiz dərəcələri ilə daha da çətinləşdiyini bildirirlər. Onların sözlərinə görə, bankların faiz dərəcələri hətta 40 faizə qaldırılıb.
Təbii ki, bir sual da açıq olaraq qalır. Doğrudanmı, sadəlövh erməni kəndlisi gələn il Rusiyaya satılacaq üzümün qiymətində artım gözləyir. Əgər bu baş verməzsə, Məsələ bundadır ki, Ermənistan dövləti də bu perspektivi nəzərə almalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info