Güləşçilərimiz beynəlxalq turnirdə uğurla çıxış ediblər
Tarix: 24.11.2015 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Tehranda kiçikyaşlı yeniyetmə güləşçilər arasında “Day of children” beynəlxalq turniri keçirilib. Turnirdə kiçikyaşlı yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycanın yığma komandasının üzvləri də mübarizə aparıblar.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, turnirdə yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilər isə üçüncü pillədə qərarlaşıblar. Komanda xarakteri daşıyan turnirdə yunan-Roma güləşçilərimiz qrupda İran (6:4), Türkmənistan (10:0), Tacikistan (8:2) və Qırğızıstan (8:2) yığmalarını məğlub edərək finala yüksəliblər. Finalda İranın digər komandası ilə qarşılaşan yığmamız görüşü 5:5 hesablı bərabərliklə tamamlayıb. Texniki üstünlük rəqibdə olduğundan yığmamız turnirin gümüş medalı ilə kifayətlənib. Sərbəst güləşçilər isə İraq və Gürcüstan pəhləvanlarını 9:1 hesabı ilə məğlub edib, İran komandasına 4:6 hesabı ilə uduzaraq qrupu ikinci sırada tamamlayıblar. Bu nəticə ilə yığmamız digər qrupun ikincisi olan daha bir İran komandası ilə bürünc medal uğrunda görüşə çıxıb. Hesab 5:5 olsa da, texniki cəhətdən üstün olan komandamız görüşü qalib başa vurub və turnirin bürünc medalına yiyələnib. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info