Taekvondo üzrə respublika birinciliyi keçiriləcək
Tarix: 24.11.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Taekvondo Federasiyası (ATF) dekabrda 1999-2001-ci il təvəllüdü gənclər arasında respublika birinciliyi keçirəcək.
Federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi turnirin dekabrın 22-24-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilməsi nəzərdə tutulur. Yarışlara Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar, 10 çəki dərəcəsində taekvondoçu oğlan və qızlar qatılacaqlar. Üç gün davam edəcək turnirdə idmançılar şəxsi və komanda birinciliyində qüvvələrini sınayacaqlar. Fəxri yerləri tutan idmançılar və komandalar ATF tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Yarış Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, gənclər arasında oğlanlar və qızlar üzrə yığma komandanın müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin artırılması məqsədi daşıyır. Turnirin keçirilməsinə bilavasitə ATF-nin hakimlər və təşkilat komitələri rəhbərlik edəcək. Yarışda ATF-yə üzv idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparacaqlar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info