Cüdoçularımız Çində daha 3 medal qazanıb
Tarix: 24.11.2015 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışının üçüncü - sonuncu yarış günü də cüdoçularımız üçün uğurlu olub.
Cüdo üzrə Azərbaycan milli komandası aktivinə daha 3 medal yazdırıb. 90 kq çəki dərəcəsində yarışan Ramin Qurbanov mübarizəyə ikinci turdan, tatami sahibi Ksun Jao Çenqi məğlub edərək qoşulub. Daha sonra Monqolustan cüdoçusu Otqonbatar Lxaqvasurenə qalib gələn Qurbanov 1/4 finalda kubalı idmançı Esli Qonzalesə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz ilk qarşılaşmasında Böyük Britaniya təmsilçisi Enryu Bernsə qalib gəlib. Ramin Qurbanov bürünc medal uğrunda mübarizədə isə rusiyalı Kiril Voprosovu “ippon” fəndi ilə məğlub edərək qələbəni bayram edib. 100 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımov yarışa yaponiyalı Rutaro Qoto və gürcü Quram Tuşişvilini məğlub edərək başlayıb. 1/4 finalda isə o, argentinalı Hektor Kampos və koreyalı Hvanq Min-Hoya qalib gələn komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb. Azərbaycan duelindən qalib çıxan Məmmədov yarımfinalda Qazaxıstan cüdoçusu Maksim Rakova uduzub. Lakin cüdoçumuz Ukrayna təmsilçisi Artem Bloşenkonu məğlub edərək bürünc medal qazanıb. Elmar Qasımov da təsəlliverici görüşlərdə xorvatiyalı Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazananraq bürünc medala sahib olub. Digər iki cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (100+) isə mübarizəni ilk döyüşdə məğlub olaraq dayandırıb. Bununla da, Azərbaycan cüdoçuları Çin Qran-Prisini 6 medalla başa vurub. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) gümüş medal, Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Elxan Məmmədov (100 kq) isə Qpan-Prinin bürünc medalına sahib olublar.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info