Rumıniya parlamentində Xocalı soyqırımı ilə bağlı siyasi bəyanat səsləndirilib
Tarix: 14.02.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Luçian Militaru: “Xocalıda törədilənlər
beynəlxalq ictimaiyyət tərəfindən insanlıq əleyhinə cinayət kimi tanınmalıdır”



Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən verilən məlumata görə, siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirib.
Deputat çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunub, hazırda Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal altında olduğunu diqqətə çatdırıb. L. Militaru millətçi və etnik ayrı-seçkilik zəminində 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edərək, soyqırımı qurbanları haqda məlumat verib, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulayıb.
O, həmçinin, beynəlxalq səviyyədə tanınmış Azərbaycan sərhədlərinin toxunulmazlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinin zəruriliyi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Sonda deputat regionda sülhün bərqərar olması üçün birinci addım kimi BMT-yə üzv olan bütün demokratik ölkələrin münaqişə ilə bağlı beynəlxalq təşkilatların qərarlarının, o cümlədən işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli olduqlarını bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info