“KİV haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi zəruridir”
Tarix: 24.11.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Son günlər bəzi internet media orqanlarının yaydığı əsassız məlumatlarla bağlı ziyalılar, ictimaiyyət nümayəndələri öz kəskin etirazlarını bildirməkdədirlər.
Qeyd edək ki, ölkədə KİV-lər üçün yaradılmış şəraitdən istifadə etməyə çalışan bir sıra xəbər saytları araşdırma aparmadan, imic xatirinə yoxlanılmamış məlumatlar yayırlar, digər tərəfdən bilərəkdən ajiotaj yaradırlar. Həmin xəbər saytları şantaj, təqib yolunu tuturlar, kiminsə həbs olunması və ya olunmaması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayırlar. Bütün bunlar isə ilk növbədə Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir. Bu cür əsassız xəbərlərlə bağlı müvafiq qurumlar da həmin internet media orqanlarına xəbərdarlıq edərək belə məlumatların müvəqqəti reklam xarakteri daşıdığını bilriblər.

Musa Qasımlı: “KİV-lər milli-dövlət maraqlarında qırmızı xətti keçməməlidir”

Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Musa Qasımlı bildirib ki, kütləvi informasiya vasitələri milli-dövlət maraqlarında qırmızı xətti keçməməlidir: “Əks-təqdirdə dövlətin qanunları qarşısında cavab verməlidir. Ölkəmizdə mətbuat azaddır, senzura mövcud deyil. Jurnalistə "onu yazma, bunu yaz, elə yazma, belə yaz" deyən yoxdur. Jurnalist nəyi, necə istəyirsə, elə də yazır. Belə bir şəraitdə bəzi KİV-lərin dövlət hakimiyyət orqanları, digər qurumlar, ayrı-ayrı dövlət adamları, deputatlar, məmurlar və s. haqqında düzgün olmayan, böhtan xarakterli məlumatlar dərc edərək bir-birilərinə ötürmələri həmin KİV-lərin təsisçilərinin, baş redaktorlarının və düzgün olmayan xəbərləri yazan jurnalistlərin səviyyəsinin göstəricisidir”. M.Qasımlı vurğulayıb ki, reket KİV-lərin təsisçi və baş redaktorlarının əksəriyyəti jurnalist təhsili olmayan şəxslərdir: “Böhtan xarakterli məlumatları tirajlayaraq ajiotaj yaradan KİV-lərin başlıca məqsədi dövlət adamlarını, məmurları, deputatları gözdən salmaq yolu ilə ölkədə vətəndaşlar arasında çaşqınlıq, dövlət hakimiyyət orqanlarına etimadsızlıq yaratmaq, hakimiyyəti zəiflətmək, dövlətin əsaslarını "baltalamaqdır". Bu, dövlətimizi daxildən "yumşaq güc" vasitəsi ilə zəiflətməyə çalışan bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının sifarişinin bilərəkdən və ya bilməyərəkdən yerinə yetirilməsidir”. M.Qasımlı qeyd edib ki, KİV öz fəaliyyətini dövlətimizin mövcud qanunlarına əsasən qurmalı, məsuliyyətli, ədalətli, qərəzsiz və obyektiv olmalıdır:
“Media, yaydığı hər bir xəbər üçün məsuliyyət daşımalı, yazdığının arxasında durmalıdır. Böhtanlar tirajlayan saytların bir çoxunda ünvan, təsisçi, baş redaktor və əlaqə telefonları yazılmır. Necə ola bilər ki, bir şəxs bir neçə "reket" saytı idarə etsin, özü də dövlət hakimiyyət orqanlarını gözdən düşürsün? Axı, biz dövlətik və bu məsələlərdə qanunun bütün gücündən istifadə edilməlidir. Demokratiya anarxiyaya gətirməməlidir. Qanun bu məsələləri dəqiq şəkildə tənzimləməlidir. KİV-lərə fəaliyyət üçün müvafiq icazələri verən orqanların məsuliyyəti artırılmalıdır. Ona görə də müvafiq qanunlara əlavə və dəyişikliklərin edilməsinin zəruriliyi qənaətindəyəm”.

A.Nağıyev: “İddia olunan məsələlər təsdiqini tapmayanda həmin KİV-lər öz oxucu auditoriyasını itirəcəklər”

Siyasi şərhçi Arzu Nağıyev isə bildirib ki, bir qrup media orqanları dövlət qurumları haqqında həqiqəti əks etdirməyən xəbərlər yayır: “Heç bir yerə istinad etmədən yanlış məlumatları tirajlayan saytlar ancaq və ancaq öz reytinqlərini qaldırmaq, oxucularının sayını artırmaq məqsədi güdürlər. Sabah iddia olunan məsələlər təsdiqini tapmayanda həmin KİV-lər öz oxucu auditoriyasını itirəcəklər. Bu, çox acınacaqlı haldır. Nəzərə almaq lazımdır ki, bu cür qeyri-ciddi hərəkətlərin ikitərəfli başı var. Bir tərəfi reytinqin qalxmasına xidmət edirsə, digər tərəfi isə xəbər saytlarının tamamilə nüfuzdan düşməsinə gətirib çıxarır. Yanlış, çaşdırıcı informasiyaların digər təhlükəli məqamları da var. Ona görə də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə bir sərt bəyanat verməyə məcbur oldu. Çünki artıq bəzi media qurumları qırmızı xətti keçmişdi”. A.Nağıyev bildirib ki, media və digər qurumlar ictimai nəzarət funksiyasını həyata keçirə bilərlər. Ancaq məsələləri bu dərəcədə şişirtmək, reytinq uğruna şər-böhtana əl atmaq yolverilməzdir və ciddi qanun pozuntusudur: "Unutmaq lazım deyil ki, Azərbaycan kimi kiçik bir dövlətdə yaşayırıq. Özümüzə xas milli mentalitetimiz var. Müxtəlif orqanlarda, dövlət qulluğunda çalışan şəxslərin yüzlərlə qohumları, yaxınları var. Bu baxımdan həmin şəxslər haqqında həqiqəti əks etdirməyən, yəni doğruluğu sübut olunmayan yanlış informasiyalar yaymaq tərbiyəsizlikdir, azərbaycanlıya yaraşmayan haldır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info