Dəmir yolunda qış mövsümünə hazırlıq işləri gücləndirilir
Tarix: 24.11.2015 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planı təsdiq edilib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər planına əsasən, Yük daşımaları, İnfrastruktur, Sərnişin daşımaları, Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentləri, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatları üzrə görüləcək işlər müəyyən edilib.
Tədbirlər planına uyğun olaraq, Departamentlərin bütün təsərrüfatları üzrə baxışlar, hərəkətin təhlükəsizliyi ilə bağlı kadrlarla xüsusi dərslər keçirilir və onlar təlimatlandırılır, qış mövsümündə işçilər fərdi mühafizə vasitələri, qış geyimləri və lazımi alət və ləvazimatlarla təmin edilir, istehsalat və inzibati binaların dam örtükləri, qapı və pəncərələri təmir edilir, dalan yolları olan müəssisələrdə qışa hazırlığın təşkili, xüsusilə yolların qardan təmizlənməsi, donan yüklərin boşaldılması üçün mexanizmlər hazır vəziyyətə gətirilir, qəza-bərpa briqadaları yaradılır, işıqlandırıcı qurğular yoxlanılır.
Dübəndi, Yalama, Keşlə, Bakı-yük, Yevlax, Böyük Kəsik, Gəncə, Ucar, Hacıqabul və Biləcəri stansiyalarında qarla operativ mübarizə planının hazırlanması üçün üç növbəli briqadaların yaradılması istiqamətində işlər davam etdirilir.
Eyni zamanda, lokomotivlərin qum vermə sisteminin qaydaya salınması, depolarda qum ehtiyatının yaradılması, qaldırıcı qurğuların, kranların təmiri, yol təsərrüfatında qartəmizləyən texnikanın təmiri prosesi davam etdirilir. Bakı-Böyük Kəsik sahəsində optik rabitə sistemindəki avadanlıqlar mütəmadi olaraq yoxlanılır, dartı yarımstansiyalarında texniki avadanlıqlar təftiş edilərək sınaq işinin başa çatdırılması, sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi, sərnişin vaqonlarının istilik sisteminin qaydaya salınması həyat keçirilir.
Qış mövsümündə hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info