Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışını edib
Tarix: 24.11.2015 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Noyabrın 23-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü ilə ölkəmizdəki bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni bağçalar inşa olunub, məktəbəqədər təhsilin inkişafı istiqamətində bir sıra tədbirlər görülüb.
Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki 340 saylı körpələr evi-uşaq bağçası da Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilib.
Burada bütün işlər Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına əsasən görülüb. İkimərtəbəli körpələr evi-uşaq bağçası azyaşlı sakinlərin zövqünə uyğun qurulub. Burada uşaqların rahatlığının, istirahətinin və ilkin biliklərə yiyələnməsinin təmin edilməsi, onların bacarıq və istedadlarının aşkarlanması üçün hərtərəfli şərait yaradılıb. Hovuz, musiqi otağı, idman zalları da uşaqların ixtiyarında olacaq.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, 10 qrupdan ibarət bağçada 200 uşağa qayğı göstəriləcək. Burada uşaqların sağlam, bilikli, vətənpərvər övladlar kimi böyümələri üçün lazımi şərait yaradılıb. Bağçanın həyətində ağaclar əkilib, yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info