“Rusiya Xəzərdən “İŞİD” mövqelərinə zərbələri davam etdirəcək“
Tarix: 24.11.2015 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


"Sinay yarımadasında sərnişin təyyarəsini partladan terrorçular cəzalandırılana qədər Rusiya Xəzər dənizi üzərindəki hava məkanından istifadə etməyə davam edəcək".
“Interfaks”ın verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüşü zamanı deyib. "Xəzər dənizi üzərindəki hava məkanından istifadə etməklə bağlı regiondakı dostlarımızın narahatlığına gəldikdə, bununla əlaqədar Qazaxıstan tərəfi hələlik bizə heç nə deməyib. Lakin biz bunu diqqətə alacağıq. Başa düşürük ki bəzi narahatlıqlar yaranır, lakin onu da bilirik ki, Rusiyanın terrorizmlə mübarizə sahəsində bütün səylərinin yükü də elə Rusiya öz üzərinə düşür. “İŞİD” və digər terror təşkilatlarının heç kimə mərhəməti yoxdur. Buna görə də hansısa narahatlıqlar yaranırsa, bunu əlbəttə ki, minimuma endirmək lazımdır. Lakin biz cinayətkarları cəzalandırmaq üçün bu işləri nə qədər lazımdırsa, o qədər davam etdirəcəyik”, - deyə V. Putin söyləyib.
Sinay yarımadasında Rusiya təyyarəsinin partladılması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Vladimir Putinə başsağlığı verən Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov isə bildirib ki, Qazaxıstan Rusiyanın hərbi fəaliyyəti kontekstində Xəzər səmasında yaranmış vəziyyətdən narahatdır. Onun sözlərinə görə, bununla əlaqədar beynəlxalq mülki aviahərəkət məsələsi ortaya çıxır: "Daha doğrusu, bundan sonra marşrutlar, eşelonlar və hərəkətlə bağlı hava əlaqəsini dəyişmək lazımdırmı? Bilmirəm, bu barədə məlumatınız var, ya yox, amma belə narahatlıqlar mövcuddur. Bizim qazaxıstanlı tərəfdaşlarımız bundan çox narahatdır”.
Putin isə əlavə edib ki, Rusiyanın Suriya əməliyyatlarının müddəti Suriya ordusunun terrorçulara qarşı hücumları ilə əlaqəli məsələdir: “Bu əməliyyatlar daimi deyil, müvəqqəti xarakter daşıyır”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info