“Azərbaycanın bizə kapital yatırımı Rusiyanın bu ölkəyə yatırımından çoxdur”
Tarix: 24.11.2015 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


“Azərbaycan kapitalı fəal surətdə Rusiya bazarına daxil olmaqdadır. Azərbaycan Dövlət Neft Fondu, “Azərsun-Holdinq” və “Mətanət-A” şirkətlər qrupu bu sahədə ön sıradadırlar”. Bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin “Mir diplomatii” jurnalına müsahibəsində söyləyib.
Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdən danışan səfir deyib: “İlk baxışda inanılmaz görünür, amma Azərbaycandan Rusiyaya kapital yatırımının həcmi artıq təqribən 1 milyard ABŞ dolları təşkil edir və bu, Rusiyanın Azərbaycana yatırdığı vəsaitdən çoxdur. Bir tərəfdən bu, bir tərəfdaş kimi Azərbaycanın imkanlarını növbəti dəfə nümayiş etdirir. Digər tərəfdən iki ölkənin işgüzar dairələri arasında etimadın yaranmasına dəlalət edir. Etimad isə məlum olduğu kimi, ələlxüsus, zəmanəmizdə biznesdə həlledici rol oynayır.
V.Doroxin müsahibəsində xatırladıb ki, Rusiyanın ən iri avtomobil şirkəti “KamAZ” aprel ayında Gəncə avtomobil zavodunda avtomobillərin yığılmasına başlayıb. Rusiya səfiri deyib: “Bizim birlikdə vaqon və texnikanın digər növlərini istehsal etmək planlarımız var. Bu isə əməkdaşlığın tamamilə başqa səviyyəsidir. Sadəcə əmtəə mübadiləsi deyildir, yaxınlaşmanı və uzunmüddətli perspektivdə bir-birinə istiqamətlənməyi nəzərdə tutan istehsalat kooperasiyasıdır. Azərbaycan ilə əməkdaşlığın belə inkişafı Rusiyanın maraqlarına tam cavab verir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info