Aqrar sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə ediləcək
Tarix: 24.11.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda kiçik və orta miqyaslı aqrobiznes müəssisələrinin inkişafına yardım etmək və aqrosığortanı təşviq etmək məqsədilə, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Avropa və Mərkəzi Asiya üzrə Aqromaliyyə Layihəsi yerli sığorta şirkətləri üçün təlim təşkil etmək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda görüş təşkil olunacaq. Tədbir müzakirələr və təlimlər olmaqla, iki paneldən ibarət olacaq. Tədbir 26 noyabr 2015-ci il tarixində, saat 9:00-da, “Hyatt Regency” otelinin Bakı zalında keçiriləcək.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından bizə məlumat verilib.
İlk paneldə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Rəisi Namiq Xəlilov, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov, BMK-nın Azərbaycan üzrə daimi nünayəndəsi Aliyə Əzimova və Azərbaycan Sığortaçılar Assosiasıyasının sədri Orxan Bayramov “Kənd Təsərrüfatı (KT) Sektorunun İnkişafı və Təkmilləşdirilməsində Kənd Təsərrüfatı Sığortasının əhəmiyyəti” mövzusunda panel müzakirələri aparacaqlar.
İkinci paneldə BMK-nın Şərqi Avropa və Mərkəzi Asiya regionunda Kənd Təsərrüfatı Maliyyəsi bölməsinin Sığorta üzrə mütəxəssisi Andrey Zaripov, Şərqi Avropa və Mərkəzi Asiyada Kənd Təsərrüfatı Maliyyə Xidmətləri üzrə Proqramın meneceri Lea Soroka iştirakçılara KT sığorta məhsullarının hazırlanması metodologiyası üzrə təlimlər keçəcək. Təlim zamanı iştirakçılar məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqrosığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlərlə təmin olunacaqlar. BMK–nın ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübələrini bölüşəcəklər.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info