Gənc əsgərlər Vətənə sədaqət andı içiblər
Tarix: 24.11.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
Sonra gənc əsgərlər Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə başa çatdıqdan sonra Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov çıxış edib. Qeyd olunub ki, hərbi and içən əsgər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacağını, bundan ötrü qanını və canını əsirgəməyəcəyini təntənəli surətdə vəd edir. Bu müqəddəs anda sadiq qalmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir.
Mərasimdə çıxış edən baş leytenant Röyal Quliyev, leytenant Teymur Əsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Elşən Rəfiyev gənc əsgərləri bu əhəmiyyətli gün münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Valideynlər adından çıxış edən Çingiz Mustafayev bu günün hər bir valideyndə qürur hissi doğurduğunu deyib, bütün valideynlərin Vətənin müdafiəçiləri olan övladları ilə fəxr etdiyini bildirib.
Gənc əsgərlər adından çıxış edən İlkin Mustafayev və Orxan Əlizadə nümunəvi xidmətləri ilə hərbi hissənin adını daim yüksək tutacaqlarını, baş verə biləcək fövqəladə hallar zamanı əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Mülki Müdafiə Alayında xidmət üçün yaradılan hərtərəfli şəraitdən danışıb, gənc əsgərlərin qarşıdakı dövrdə Vətənə sədaqətlə və böyük ruh yüksəkliyi ilə xidmət edəcəklərinə əminliyini bildirib.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info