Alman professor Mixail Hess şair Nəsimi haqqında təqdimat edəcək
Tarix: 24.11.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) "Talk&Cay” (Söhbət və Çay) adlı layihəsi çərçivəsində növbəti görüş fəlsəfə doktoru Rüfət Səttarovla Azərbaycan Evində təşkil olunub. Rüfət Berlində İslam və Türkologiya üzrə araşdırmalar aparır. Elə “Müstəqil Azərbaycanda İslam, Dövlət və Cəmiyyət” adlı dissertasiyası da bu mövzu üzərində yazılıb. Avropada akademik çevrələrdə Azərbaycan və İslam mövzusu nisbətən az müzakirə mövzusu olur. Bunun əsas səbəblərindən biri ölkəmizin Sovet İttifaqının tərkibində keçdiyi tarixi mərhələdə cəmiyyətimizin digər müsəlman ölkələrindən fərqli xüsusiyyətləri mənimsəməsidirsə, digəri də Avropada ölkəmizdə və eləcə də ümumilikdə Cənubi Qafqaz regionundakı dini prosesləri analiz edən az sayda mütəxəssisin mövcud olmasıdır. Buna görə Rüfət Səttarovla müzakirə həm Almaniyada təhsil alan həmyerlilərimiz, həm də ASN-nin digər millətlərdən olan üzvləri üçün maraqla qarşılandı. Görüş ərzində mövzuya dair çox sayda məsələlər müzakirə edildi. İştirakçılar Azərbaycanda və Qafqazda İslamın tarixi, onun formalaşması mərhələləri və ateizmi təbliğ edən Sovet İttifaqı dövründə repressiv şərtlərə rəğmən bu gün güclənən sosial bazaya sahib olması haqqında fikir mübadiləsi apardılar. Rüfət ölkəmizdə İslam dininə inananların və dini ayinləri gündəlik həyatlarının ayrılmaz bir hissəsinə çevirənlərin sayının sürətlə artdığını xüsusi vurğulayaraq bunun ictimai-siyasi səbəbləri haqqında fikirlərini bölüşdü. İslamın bəzi dairələrdə terrorizmlə assosiyasi olunmasının ciddi xəta olduğunu qeyd edən Rüfət bildirdi ki, bu haqda fikir yürüdənlərin böyük əksəriyyəti İslam haqqında, onun təbliğ etdiyi dəyərlər barədə elementar biliyə sahib deyil. Görüşün iştirakçılar tərəfindən maraqla qarşılanmasından ruhlanan ASN artıq növbəti görüşün planını hazırlayıb. Belə ki, 27 noyabrda, Azərbaycan Evində Nəsimi haqqında Azərbaycan dilində bir film izləniləcək (təəssüf ki, filmin ingilis və ya alman dilində dublyajı olunmadığı üçün sonda yalnız bu dillərdə filmin qısa xülasəsi veriləcək). Filmdən sonra Mixail Hess mövzuya aid təqdimat edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info