“Müasir Kadr Akademiyası”nın ilk mərhələsi həyata keçirilib
Tarix: 24.11.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən reallaşan “Müasir Kadr Akademiyası” layihəsinin ilk mərhələsi uğurla başa çatıb.
Layihə çərçivəsində ilkin olaraq 2 sahə üzrə dərslər keçirildi – “Sosial Media Marketinq” və “Fotoqraflıq”. Dərslər tam interaktiv, qeyri-formal metodlarla peşəkar təlimçilər tərəfindən keçirilirdi. Bundan əlavə layihə iştirakçıları ilə görüşmək üçün həftədə 1 dəfə öz sahəsində uğur qazanmış peşəkarlar dəvət olunmuşdu və onlar da öz təcrübələri ilə iştirakçılarla paylaşıblar. Dərs zamanı iştirakçılar sadəcə teoretik bilgi yox, daha çox real praktiki bilgilər və bacarıqlar əldə etdilər, hansı ki, onlara gələcəkdə bu sahədə inkişaf etməkdə birbaşa kömək olacaq.
Plana əsasən layihənin ikinci mərhələsi “Qrafik dizayn” və “Mühasibatlıq” dərsləri artıq başlayıb. Layihənin sonunda isə gənclər 3 günlük düşərgəyə cəlb olunacaqlar. Düşərgə zamanı onlar karyera planlaması, iş həyatı və onun qanunları, iş axtarma yolları, rezyume hazırlanması və müsahibə qaydaları mövzularında məlumat alacaqlar və bu da onları iş həyatına başlamalarına dəstək olacaq.
Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan gəncləri (internat və uşaq evi məzunları, məcburi köçkün və qaçqın, az təminatlı ailələrdən olan gənclər) müasir əmək bazarının ehtiyac duyduğu ixtisaslarla tanış etməkdir. Onlar seçdikləri müvafiq sahələr üzrə kurslara cəlb edilərək inkişaf edib, təcrübə qazanacaq, təlimlərin köməyi ilə iş həyatına hazırlanıb ixtisaslı kadr olaraq akademiyanın məzunu olacaqlar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info