Mübariz Qurbanlı: “Kim Əkrəm Naibovun “Daş yuxular“ını müdafiə edirsə, dövlətinə arxadan zərbə vurmuş olur”
Tarix: 15.02.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Kim yazıçı Əkrəm Naibovun yazdığı bədnam "Daş yuxular" kitabını müdafiə edirsə, onunla bir yerdə duraraq Azərbaycan əleyhinə çıxış edir, ermənilərin anti-Azərbaycan təbliğatında birbaşa iştirak edir və bununla da öz millətinə, dövlətinə arxadan zərbə vurmuş olur”.
Bu barədə “Trend”ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “ziyalılar forumu”, “ictimai palata” adlanan qurumların Əkrəm Əylislini müdafiə etməsinə münasibət bildirərkən deyib. M.Qurbanlının sözlərinə görə, bu gün cəmiyyətdə bəzi adamlar var ki, onlar dolayısı ilə və ya birbaşa Əkrəm Naibovun bədnam kitabını və yaxud onun özünü müdafiə etmək istəyirlər: "Söhbət onun kitabının milli baxımdan zərərindən gedir. Həmişə ermənilər Azərbaycan xalqına qarşı saxta materiallardan istifadə ediblər və Əkrəm Naibovun da erməni versiyasında yazdığı bu kitab saxta materiallardan ibarət olmaqla bərabər, Azərbaycana qarşı istifadə olunur və olunacaq. O ki, qaldı bunun “ziyalılar forumu”, “ictimai palata” deyilən qurumların üzvləri tərəfindən müdafiə olunmasına, bu, əlbəttə, yolverilməzdir. Hesab edirəm ki, bu qurumdakılar da milli maraqları hər şeydən uca tutmağı bacarmalıdırlar". M.Qurbanlı hesab edir ki, hansısa siyasi konyunktura xatirinə milli maraqları tapdalamaq olmaz: "Ancaq təəssüf ki, “ziyalılar forumu”, “ictimai palata” adlanan qurumlarda dəfələrlə bu cür halları müşahidə etmişik və bu cür hərəkətlər onların siyasi mahiyyətini, marağını bir daha aydın şəkildə büruzə verir. Bu cür hallar pislənməlidir və cəmiyyət də bu cür hərəkət edənləri pisləyir. Heç kəs siyasi mübarizə naminə milli maraqlara arxa çevirməməlidir. Bu gün müxalifətin radikal qanadında dayanıb müxtəlif adlar altında birləşən, adını “ziyalılar forumu”, “ictimai palata” qoyan adamlar dərindən düşünməlidirlər ki, xalq, millət marağı başqadır, siyasi maraq başqa. Milli maraqları siyasi maraqlara qurban verən adamlar cəmiyyətdə heç kim tərəfindən heç vaxt müdafiə olunmayıb. Elə bu yolu tutmalarının nəticəsidir ki, həmin radikalların nümayəndələri millət tərəfindən demək olar ki, inkar olunub və onlar millətin hansısa bir dəstəyini qazana bilmirlər və qazana bilməyəcəklər".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info