“Mən Azərbaycanı tanıyıram” layihəsinin açılış mərasimi keçirilib
Tarix: 24.11.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilən "Mən Azərbaycanı tanıyıram” adlı layihənin açılış mərasimi keçirilib.
Açılışda qonaqları salamlayan layihə rəhbəri Nigar Süleymanlı bildirib ki, “Mən Azərbaycanı tanıyıram” layihəsi ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında ölkəmizin tarixinin, mədəniyyətinin, milli dəyərlərinin təbliği və əcnəbi tələbələrin ölkəmiz haqqında məlumatlılığının araşdırılması məqsədini daşıyır: “İlkin mərhələdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında intellektual yarışlar keçiriləcək. Həmin yarışların qalibləri yarımfinala, yarımfinalın qalibləri isə final mərhələsinə yüksələcəklər. Yarışda iştirakçılara təqdim olunan suallar Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və milli dəyərlərini əhatə edəcək”.
Bundan əlavə, layihə çərçivəsində əcnəbi tələbələrlə yerli tələbələri bir araya gətirərək birgə diskussiyaların aparılması da qeyd edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info