Qadın ağırlıqqaldıranımız dünya çempionu oldu
Tarix: 25.11.2015 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Azərbaycan ağır atleti iki dünya rekordunu yeniləyərək qızıl medal qazanıb
ABŞ-ın Hyuston şəhərində keçirilən Dünya Çempionatında Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova tarixi nailiyyətə imza atıb. O, ölkə tarixində bu növ üzrə ilk dəfə dünya çempionu olub.
B.Kostova birdən qaldırmada ilk cəhdində öhdəsindən gələ bilmədiyi 109 kq-ı, ikinci cəhddə asanlıqla başı üzərinə qaldırıb. Bununla da o, özünəməxsus olan Avropa rekordunu təkrarlayıb. Üçüncü cəhdində isə B.Kostova 112 kq-ı başı üzərinə qaldırıb. Bu isə yeni dünya rekordu deməkdir. Əvvəlki rekord 111 kq ilə çinli Çen Yanginqə məxsus idi. Təkanla qaldırma hərəkətinə Kostova 136 kq-ı rahat ram etməklə başlayıb. İkinci yanaşmada 140 kq sifariş olunub. O, bu çəkinin öhdəsindən üçüncü cəhdində gəlib. Beləliklə, toplam 252 kq (112+140) nəticə ilə Kostova Azərbaycan qadın ağır atletikası tarixində ilk dünya çempionu adını qazanıb, bundan başqa, Avropa rekordunu yeniləyib. Ümumilikdə Kostova bu turnirdə 6 rekord - 2 dünya və 4 Avropa rekordu qırıb. Boyanka Kostovadan əvvəl milli komandamızın üzvü Valentin Xristov (62 kq) bürünc medala sahib olmuşdu. Qeyd edək ki, çempionat şəxsi və komanda hesabında “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info