Gələn həftədən “Jurnalistlər binası“ndakı mənzillərə çıxarışlar veriləcək
Tarix: 25.11.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Bununla da vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşmə işində iştirak etmir. "Bir pəncərə" prinsipinin tətbiq edilməsilə, əvvəllər mövcud olan uzun prosedur aradan qaldırılıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov dünən Bakıda keçirilən “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda işgüzar forumda məlumat verib.
Sədr müavini qeyd edib ki, respublika üzrə mülkiyyət hüquqlarının təmin olunmasında vətəndaş və bələdiyyə iştirakı tələb olunan bütün hüquqi əməliyyatlar bir ünvanda - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində aparılır. Belə ki, bələdiyyələrə və vətəndaşlara çıxarışların verilməsi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, texniki sənədlərin tərtibi kimi işlər “bir pəncərə”də həll olunur. Eyni zamanda, bura torpaqların təyinatı, istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, kateqoriyasının dəyişdirilməsi kimi torpaq məsələlərində rəylərin alınması da aiddir. Artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda qeydiyyata aldıra bilirlər. Müraciətdən sonrakı proses Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin öz fəaliyyətini komitənin digər qurumları ilə elektron qaydada əlaqələndirməklə həyata keçirilir. Bununla da, vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşdirmə işində iştirak etmir, hər hansı qurumla təmasda olmurlar. “Bir pəncərə” prinsipinin tətbiq edilməsilə, əvvəllər mövcud olan uzun prosedurlar aradan qalxıb. Nəticədə torpaq və əmlak idarəçiliyində operativlik, rahatlıq, əlçatanlıq və şəffaflıq kifayət qədər yüksəlib. Yeniliyin tətbiqi nəticəsində artıq bələdiyyələr də müvafiq torpaq sahəsinin göstəriciləri barədə rəyi də bir ünvana müraciət etməklə əldə edə bilir. Bələdiyyə torpağının mülkiyyətə, icarəyə və ya istifadəyə verilməsi zamanı bələdiyyə tərəfindən həmin torpaq sahəsinin hansı kateqoriyaya aid olması, iqtisadi qiymətləndirməsi, bontirovkası və digər göstəricilərlə bağlı rəyin alınması “bir pəncərə” qaydasında həll olunur. Rafiq Cəlilov qeyd edib ki, Azərbaycanda 2019-cu ilədək ölkə üzrə torpaqların kadastr uçotu hazırlanacaq: “May ayında əsasnaməmiz təsdiq edildikdən sonra komitəyə bir sıra səlahiyyətlər verilib. İlkin olaraq, ölkədə torpaqların elektron kadastr uçotunun yaradılması işinə başlanılıb və artıq bu sahədə iş gedir. Torpaq sahələrinin təyinatı, sərhədləri, koordinatları, kateqoriyaları və digər iqtisadi göstəricilər üzrə kadastr uçotu qurulmalıdır. Bu işlər yaxın 2-3 ilə bitəcək. Artıq Bakı və Sumqayıtda torpaqların kadastrı tam qurulub. Gəncə və Şəkidə bu proses 2016-cı ilin ortalarında başa çatacaq. Digər ərazilərdə isə 2019-cu ilədək bütövlükdə elektron kadastr uçotu qurulacaq". Rafiq Cəlilov onu da qeyd edib ki, "Jurnalistlər binası"ndakı mənzillərə çıxarışların verilməsinə gələn həftədən başlanacaq: "Müvafiq sənədlər hazırlanacaq və "Kütləvi çıxarış" kampaniyası çərçivəsində çıxarışların verilməsinə başlanacaq. Bildiyiniz kimi, bu kampaniya ölkənin bütün regionlarını əhatə edir, hazırda isə proses Bakı rayonlarında gedir". Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bələdiyyə mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, belə mülkiyyətin tənzimlənməsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunub. İşgüzar forumda qeyd olunub ki, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinin tələblərinin icrasına nəzarət edirlər. Müfəttişlər dövlət torpaqlarında mütəmadi qaydada monitorinq və müşahidələr aparır. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq olunur. Mühafizə zonaları ilə bağlı müvafiq qərarların tələblərinə riayət olunması məqsədilə də zəruri tədbirlər həyata keçirilir. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsinə nəzarət edilir. Mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılmasının qarşısı alınır. “Bir pəncərə” sisteminə keçid sayəsində əvvəllər həm vətəndaşların, həm də bələdiyyələrin qarşılaşdıqları çətinliklər və maneələr aradan qalxıb. Göstərilən xidmətlərdə çeviklik və şəffaflıq əhəmiyyətli dərəcədə artıb. Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-dək şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info