“Neftin qiyməti 88 dollar olmalıdır”
Tarix: 25.11.2015 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Rusiya lideri Vladimir Putin Tehranda venesuelalı həmkarı Nikolas Maduro ilə görüşüb. Görüşün təfsilatı barədə bütün detallar açıqlanmır. Lakin, güman etmək olar ki, söhbət zamanı tərəflər, Venesuelanın neft naziri Euloqio Del Pinonun bir müddət əvvəl “dramatik” kimi dəyərləndirdiyi dünyanın neft bazarındakı vəziyyətə laqeyd qala bilməzdilər.
Onun sözlərinə görə, əgər OPEK fəaliyyətsizlik nümayiş etdirərsə, neftin bir barelinin 25 dollara enmə ehtimalı böyükdür. "Qara qızıl" ixracatçılarının maraqlarını qorumaq üçün Venesuela neft sənayesinin rəhbəri qondarma "tarazlıq qiyməti"nin yaradılması təşəbbüsünü qəbul edib. Bu ölkənin təklifi neftin qiymətinin bir barel üçün 88 dollar olmasıdır. İndi neftin barelinin real dəyərindən iki dəfə aşağı olduğunu nəzərə alaraq Venesuela dövləti neft kartelinin bütün üzvlərinə, o cümlədən Səudiyyə Ərəbistanı və Qətərə bazarda yaranmış vəziyyətlə bağlı müraciət edib. Del Pino böyük ehtimalla bu ilin dekabrında keçiriləcək OPEK nümayəndələrinin görüşü zamanı kompromis əldə ediləcəyinə ümidvar olduğunu bəyan edib . Nazirin fikrincə, Səudiyyə Ərəbistanı və Qətər neft bazarında sabitlik naminə Karakasın təklifini nəzərə alaraq razılığa gələ bilər. Bəzi müsbət inkişaflara baxmayaraq, dünyanın neft istehsalçıları bəlkə vaxtından əvvəl, bir ümumi dil tapa bildilər. OPEK kartelinin qiymət təşəbbüsçüləri hər dollar üçün mübarizəni davam etdirir və topdansatış qiymətlərin azaldılması hesabına özlərinin bazar paylarını saxlamağa çalışırlar. Belə ki, son 17 ay ərzində bu sahənin əsas oyunçuları sistemli olaraq neft hasilatı barədə razılığı pozurlar. Lakin unutmaq lazım deyil ki, neft bazarında "şist inqilabı"na nəzarət payı ABŞ-a məxsusdur. Belə bir təəssürat yaranır ki, Vaşinqton bu sahədəki rəqiblərini, ilk növbədə Rusiya və Səudiyyə Ərəbistanını beynəlxalq neft bazarından sıxışdırmağa çalışır. Eyni zamanda Vaşinqton neftin qiymətini diqtə etməyin təşəbbüskarı kimi çıxış edir. Belə görünür ki, ABŞ bu məqsədini davam etdirmək üçün hətta öz şist sənayesini də qurban verməyə hazırdır. Hazırda ekspertlər neftin optimal qiyməti barədə müəyyən fikirlər səsləndirirlər. Bunun bir barel üçün 80, bəziləri isə 25 dollar dəyərində proqnozlaşdırırlar. Beynəlxalq Enerji Bazarlarının Araşdırmalar Mərkəzinin direktoru Vyaçeslav Kulagin bütün bunları neftin çoxluğu və neft bazarının inkişafı ilə əlaqələndirir. Kulaginə görə, neft istehsalçıları öz məhsullarını aşağı qiymətə olsa belə, satmağa məcburdurlar. Bunu nəzərə alan amerikalılar çox yaxşı bilirdilər ki, ABŞ və İraqın neft istehsalını artırması dünya bazarında neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq . Lakin “qəflətən” bu ərazilərdə “İŞİD” peyda oldu.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info