Quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi
Tarix: 25.11.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə dünən quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçirilib.
Təlimə FHN-in xilasetmə qurumlarının, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının və bp şirkətinin şəxsi heyətləri, xüsusi texnika və avadanlığı cəlb edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin və Kompleks Qazma İşləri Trestinin ərazisində təşkil olunan təlimi fövqəladə hallar naziri Kəmaləddin Heydərov, İran İslam Respublikasının daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndə heyətləri, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, müvafiq qurumların təmsilçiləri izləyib. Təlimə 752 nəfər şəxsi heyət, o cümlədən FHN-dən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, bp şirkətindən 20 nəfər cəlb olunub. Təlim planına uyğun olaraq birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış və obyektlərin təhvil verilməsi üzrə tapşırıqlar yerinə yetirilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
20.09.2018
Çindən gələn beynəlxalq yük qatarı Bakıya çatıb
20.09.2018
Lisa Givert: “TAP-ın inşası qrafik üzrə davam edir”
20.09.2018
“Star” neft emalı zavodunun istismara verilməsi üçün sınaq işlərinə başlanılıb
20.09.2018
Azərbaycan və Yunanıstanda turizm sahəsində əməkdaşlıq layihələri müzakirə edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info