Aqrar sığorta mexanizmləri təkmilləşdiriləcək
Tarix: 25.11.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Azərbaycanda kiçik və orta miqyaslı aqrobiznes müəssisələrinin inkişafına yardım etmək və aqrosığortanı təşviq etmək məqsədilə, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Avropa və Mərkəzi Asiya üzrə Aqromaliyyə Layihəsi yerli sığorta şirkətləri üçün təlim təşkil etmək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda görüş təşkil olunacaq. Tədbir müzakirələr və təlimlər olmaqla, iki paneldən ibarət olacaq. Tədbir 26 noyabr 2015-ci il tarixində, saat 9:00-da, “Hyatt Regency” otelinin Bakı zalında keçiriləcək.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından bizə məlumat verilib.
İlk paneldə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Rəisi Namiq Xəlilov, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov, BMK-nın Azərbaycan üzrə daimi nünayəndəsi Aliyə Əzimova və Azərbaycan Sığortaçılar Assosiasıyasının sədri Orxan Bayramov “Kənd Təsərrüfatı (KT) Sektorunun İnkişafı və Təkmilləşdirilməsində Kənd Təsərrüfatı Sığortasının əhəmiyyəti” mövzusunda panel müzakirələri aparacaqlar.
İkinci paneldə BMK-nın Şərqi Avropa və Mərkəzi Asiya regionunda Kənd Təsərrüfatı Maliyyəsi bölməsinin Sığorta üzrə mütəxəssisi Andrey Zaripov, Şərqi Avropa və Mərkəzi Asiyada Kənd Təsərrüfatı Maliyyə Xidmətləri üzrə Proqramın meneceri Lea Soroka iştirakçılara KT sığorta məhsullarının hazırlanması metodologiyası üzrə təlimlər keçəcək. Təlim zamanı iştirakçılar məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqrosığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlərlə təmin olunacaqlar. BMK-nın ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübələrini bölüşəcəklər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Tehran yatağı - İldə 28 milyon ton mədən maddəsi hasil edilir
19.08.2019
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info