“Bu itkinin yerini doldurmaq çətin olacaq“
Tarix: 25.11.2015 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


“Türkiyə tərəfindən Rusiyanın "Su24" təyyarəsinin vurulması iki ölkə arasında uzun illərə əsaslanan mehriban qonşuluq münasibətlərini, o cümlədən iqtisadi və humanitar sferalarda əməkdaşlığı sarsıdıb. Bu itkinin yerini doldurmaq çətin olacaq".
"RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, bu sözləri Rusiyanın baş naziri Dmitriy Medvedev deyib.
D. Medvedev Türkiyənin addımını "ağılsızlıq və cinayət" kimi qiymətləndirərək bunun 3 ciddi nəticəyə gətirib çıxaracağını bildirib:
"Birincisi, "Su24"ə olan hücum Rusiya və NATO arasında münasibətlərin təhlükəli dərəcədə gərginləşməsinə gətirib çıxara bilər ki, buna dövlət sərhədlərinin müdafiəsi də daxil olmaqla, heç bir maraqla haqq qazandırıla bilməz. İkincisi, Türkiyə mahiyyət etibarilə “İŞİD”i dəstəklədiyini göstərib. Türkiyənin bəzi vəzifəli şəxslərinin “İŞİD”ə məxsus neft məhsullarının satışında marağını nəzərə alsaq, bu, təəccüblü deyil. Üçüncüsü, Rusiya və Türkiyə arasında mehriban qonşuluq münasibətləri ciddi şəkildə zədələnib, o cümlədən iqtisadiyyat və humanitar sahələrdə. Bu, bir sıra birgə layihələrdən imtina və türk şirkətlərinin Rusiya bazarlarında mövqelərini itirməsi ilə nəticələnərsə, bu itkilərin yerini doldurmaq çətin olacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info