“Vurulan təyyarəmizin pilotuna milli qəhrəman adı veriləcək”
Tarix: 25.11.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Suriyada vurulan Rusiya qırıcısının pilotuna ölümündən sonra milli qəhrəman adı veriləcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putindeyib.
Putin vurulan təyyarənin şturmanının xilas olunduğunu, Hmeymimdəki hərbi bazaya çatdırıldığını söyləyib: "Xilasetmə əməliyyatında iştirak edən, o cümlədən vurulan təyyarənin pilotu və şturmanına dövlət mükafatları təqdim olunacaq. Bu təkliflə Müdafiə Nazirliyi çıxış edib".
O həmçinin Türkiyə rəhbərliyini ölkəni islamlaşdırmaqda günahlandırıb.
V. Putin Türkiyə rəhbərliyinin ölkəni islamlaşdırmaq siyasəti yürütdüyünü bildirib: “Problem dünən bizim yaşadığımız "Su-24" təyyarəsi ilə bağlı faciədə deyil, problem daha dərindir. Sizi əmin edirəm ki, bütün dünya və biz Türkiyə rəhbərliyinin uzun illər ərzində ölkəsinin islamlaşdırılması istiqamətində daxili siyasət həyata keçirdiklərini müşahidə edirik. İslam böyük dünya dinidir, hansı ki, Rusiya Federasiyasının da ənənəvi dinlərindən biridir. Biz özümüz də islamı dəstəkləyirik və dəstəkləyəcəyik. Lakin burada söhbət radikal islam istiqamətinin dəstəklənməsindən gedir. Bu, öz-özlüyündə çox xoşagəlməz atmosfer yaradır”.
V. Putin Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına Türkiyəyə getməməklə bağlı tövsiyəsini də dəstəkləyib: “Belə faciəvi hadisədən, təyyarəmizin vurulmasından və pilotumuzun həlak olmasından sonra nə etmək olar? Bu, məcburi tədbirdir. XİN vətəndaşları təhlükə barədə xəbərdar etməklə doğru addım atır”.
V. Putinin fikrincə, Türkiyədə olan Rusiya vətəndaşları böyük təhlükəyə məruz qala bilər: “Dünən baş verənlərdən sonra biz hansısa digər insidentlərin baş verəcəyini istisna edə bilmərik. Əgər bunlar baş versə, biz bu və ya digər formada reaksiya verməliyik”.


Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info