ADNSU rektoru alman alimləri ilə görüşüb
Tarix: 25.11.2015 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Bu gün (25 noyabr)Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Şərqi, Mərkəzi Avropa və Cənubi Qafqaz regionu üzrə koordinatoru cənab Kay Franke (Kai Franke) və Maqdeburq Universitetinin Maşınqayırma fakültəsinin professoru cənab Holm Altenbaxı (Holm Altenbach) qəbul edib. Rektor qonaqları səmimi salamladıqdan sonra ADNSU haqqında ətraflı məlumat verib və qarşıda duran islahat proqramlarından danışıb.
DAAD-nin koordinatoru cənab Franke öz növbəsində Almaniya universitetləri ilə əməkdaşlıq imkanları barədə məlumat verib və ADNSU-nun bu əməkdaşlıqda maraqlı olmasından məmnunluğunu ifadə edib.
Maqdeburq Universitetinin professoru cənab Altenbax iki universitet arasında birgə layihələrin və akademik mübadilənin həyata keçirilməsinin mümkünlüyündən danışıb.
Rektor M. Babanlı universitetin qarşısında qoyulmuş məqsədlərə nail olmaq üçün təhsil sahəsində böyük uğurlar əldə etmiş Almaniyanın təcrübəsindən istifadə etməyin faydasından danışıb və əməkdaşlığın bütün formalarını dəstəkləməyə hazır olduğunu bildirib.

ADNSU Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info