Rusiya Türkiyə mallarının idxalını dayandırıb
Tarix: 25.11.2015 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Rusiya gömrüyü türkiyəli iş adamlarına qadağa qoyub. Türkiyədən Rusiyaya ixracat dayanıb. Türkiyə mediasının məlumatına görə, rus bombardmançısının vurulmasından sonra iki ölkə arasındakı iqtisadi münasibətlər gərginləşib. Rusiya Türkiyəyə qarşı ilk tədbirlərini də məhz mal dövriyyəsində həyata keçirir.
İstanbul Sənaye Birliyinin sədrinin köməkçisi Adnan Dalğakıran deyib ki, Rusiya gömrüyü Türk mallarının bu ölkəyə daxil olmasını yasaqlayıb: “Bu vəziyyətin çox davam edəcəyinə inanmırıq. Düzdür, indi müəyyən böhran var, lakin tezliklə iki ölkə məsələnin həll yolunu tapacaq. Çünki bir-biri ilə sıx bağlı olan və ticarət dövriyyəsi 30 milyard dollara çatan iki ölkədən bəhs edirik”. Bildirilir ki, qış mövsümündə Rusiyaya göndərilən tər güllərin ilk hissəsinin Antalya aeroportundan Rusiyaya göndərilməsi baş tutmayıb. “Tempo Tarım” şirkətinin sahibi İbrahim Yılmaz deyib ki, bu gün səhər saatlarında malı aeroportdan geri qaytarmalı olublar. Digər iş adamları da dünənki hadisədən sonra Rus gömrüyünün Türk mallarını ölkələrinə buraxmadığını və bunun nəticəsində milyon dollarlarla ziyana düşə biləcəklərini deyiblər.
Qeyd edək ki, Türkiyədən Rusiyaya əsasən yüngül sənaye və kənd təsərrüfatı məhsulları aparılır. Rusiya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info