“Gənclərimizin hər sahədə istedadlı olduğunu göstərmək istəyirik”
Tarix: 26.11.2015 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Afiq Novruzov: “Məqsədimiz müasir musiqini gənclərimiz arasında təbliğ etməkdir”

Xaricdəki azərbaycanlı gəclərin uğurları bir çox sahədə oldu kimi, incəsənət sahəsində də davam etməkdədir. Bu günlərdə Türkiyənin “O səs Türkiyə” yarışmasına qatılan azərbaycanlı gənclərdən ibarət “Nağd pul” rep qrupu öz ifası ilə səhnəni ayağa qaldırdı. Qrupun üzvlərindən biri Afiq Novruzov Gürcüstanın Marneuli şəhərində yaşayır. A.Novruzov qəzetimizə müsahibəsində yarışma və gələcək planları haqqında məlumat verib.

-Öncə özünüzü oxucularımıza tanıtmanızı istərdik.
- Mən 1986-cı il 13 may tarixində Marneulidə anadan olmuşam. Kiçik yaşlarımdan Rusiyanın Moskva şəhərində yaşamışam. Musiqiyə marağım də elə uşaqlıqdan başlayıb. Orta təhsilimi Marneulidə başa vurduqdan sonra, ali təhsilimi Vergi-Gömrük Akademiyasında almışam. 2005-2006-cıillərdə Azərbaycanda Space tv-də yayımlanan “Mən də varam” yarışmasına qatılaraq birinci yerə layıq görülmüşəm. 3 il bundan öncə Türkiyədə keçirilən “Yetenek sizsiniz Türkiyə” yarışmasında iştirak etmişəm. Gürcüstanda keçirilən bir çox əyləncəli konsertlərin təşkilatçısı və aparıcısı olmuşam. Ümumiyyətlə, Gürcüstanın mədəni və ictimai həyatında olduqca fəalam. Hazırda Marneuli Gənclər Mərkəzi ilə əməkdaşlıq edirəm.
-Təəssüratlarınız necədir, vətəndə sizi necə qarşıladılar?
-Olduqca həyəcan və sevinclə vətənə döndüm. Mənə mənəvi dəstək olan gənclərimizə və məni bəyənənlərə təşəkkür edirəm. Hər kəs zəng edib dəstəyini bildirdi. Bu, mənim üçün əvəzolunmaz duyğudur. Şadam ki, səsimizi böyük səhnədən, bu cür populyar və izləyici kütləsi milyonlarla olan verilişdən çatdırdım. İnşallah, gələn verilişlər də uğurlu keçər.
-“O səs Türkiyə”yə qatılmaq fikri haradan yarandı? Necə oldu ki, yarışmada iştirak etməyə qərar verdiniz?
-Bilirsiniz ki, bir neçə il öncə mən Acun medianın məhsullarından olan “Yetenek sizsiniz Türkiyə” müsabiqəsinə qatıldım. O zamanlar da çıxışım bəyənilmişdi. “O səs Türkiyə”yə qatılma təklifi məhz o çıxışıma görə mənə Acun mediadan gəldi.
-Sizcə, 5 münsifin də sizi dəstəkləməsi nə ilə bağlı oldu?
-Düşünürəm ki, bizim çıxışımız fərqli oldu, şou yarada bildik. Eyni zamanda təqdim etdiyimiz parça özümüzün iş məhsulumuz idi, bir çox faktorlar var.
-Niyə məhz Hakan və Gökanı seçdiniz?
-Bizim üçün hər bir münsif dəyərlidir, hamısı öz işlərinin peşəkarıdırlar. Hər birinə hörmət edirik. Lakin bizim janrımıza yaxın Hakan və Gökan qardaşlarını bildik. Rok-rep janrları ilə çalışmaq üçün onlardan faydalanmaq bizim inkişafımız və müsabiqədə uğur əldə etməyimiz üçün vacibdir.
-Sizin yaradıcılığınız üçün hər hansı bir qurum və ya fiziki şəxslər tərəfindən dəstək varmı?
-Təəssüflər olsun ki, bizə maddi yardım edənlər yoxdur. Çox çətin şəraitdə işləyirik. Bir çox şirkətə müraciət etmişik, lakin, təəssüflər olsun ki, heç bir dəstək ala bilməmişik. Bizim məqsədimiz müasir musiqini gənclərimiz arasında təbliğ etməkdir, dünya musiqisinə qatılaraq böyük səhnələrdən Gürcüstanı, Azərbaycanı təmsil etməkdir. İstəyirik ölkəmizi daha da geniş şəkildə təmsil edək, gənclərimizin hər sahədə istedadlı olduğunu göstərək. Bu da bir növ mədəni təbliğat deyilmi? Ümid edirəm ki, vəzifəli şəxslər və iş adamları bizi eşidib bizə dəstək göstərəcəklər ki, müsabiqədə iştirakımız uzunömürlü olsun.
-Artıq ilk turu keçdiniz, gələcək çıxışlarla bağlı yeni kreativ ideyalarınız varmı?
-Müsabiqə çərçivəsində bir çox ideyalarımız, mahnılarımız var. Bu turlara ciddi şəkildə hazırlıqlarımız gedir. İnşallah, mədəniyyətimizi də orada göstərmək fikirlərimiz var.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info