“Ermənistanda yoxsulluq indeksi 30 faiz təşkil edir”
Tarix: 26.11.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Diana Martirosyan: “2014-cü ildə Ermənistanda yoxsulların sayı 900 min nəfər olub. Çox yoxsul olanların sayı 330 min nəfər, son dərəcə yoxsul vəziyyətdə yaşayan insanların sayı isə 70 min nəfər təşkil edib”

Ermənistanda yoxsulluq indeksi 30 faiz təşkil edir. Bu açıqlamanı “Armenpress”ə Milli Statistika Xidmətinin Ev təsərrüfatlarının araşdırılması şöbəsinin rəhbəri Diana Martiprosyan bildirib. Statistika Xidmətinin rəsmisi qeyd edib ki, araşdırma nəticəsində bəlli olub ki, ölkə əhalisinin hər üçüncü şəxsinin aylıq xərci 40,26 min dramdan az olub:
“Araşdırma nəticəsində müəyyən edilib ki, 2014-cü ildə Ermənistanda yoxsulların sayı 900 min nəfər olub. Çox yoxsul olanların sayı 330 min nəfər, son dərəcə yoxsul vəziyyətdə yaşayan insanların sayı isə 70 min nəfər təşkil edib. Ermənistan 2014-cü il yoxsulluq səviyyəsinə görə 2008-ci ilin göstəricilərini təkrarlayıb. Yoxsulluğun dərinliyi 4,5 faiz, kəskinliyi isə 1,3 faiz təşkil edib. Nəticələrin müqayisəli təhlili göstərir ki, son dərəcə yoxsul vəziyyətdə yaşayan əhalinin sayı 2008-ci ilin göstəricələrini 0,7 faiz üstələyir. Ümumilikdə isə yoxsulluq səviyyəsi 2,4 faiz artıb. Yoxsulluğun aşılması üçün Ermənistan dövlətinə 66,2 milyard dram lazımdır”.

Naira Zöhrabyan: “Ermənistanda işsizlik və miqrasiya yüksək sürətlə artır”
Ermənistan parlamentinin üzvü, “Çiçəklənən Ermənistan” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Naira Zöhrabyan “Nyus.am”-a bildirib ki, Ermənistanda həyat səviyyəsi pisləşsə də, bu, statistik göstəricələrdə əksini tapmır: “Bizim Statistika Xidmətinin işlədiyi metodla aparılan araşdırma göstərir ki, yoxsulluq artmır. Amma reallıq bundan ibarətdir ki, Ermənistanda işsizlik və miqrasiya yüksək sürətlə artır. Belə olan halda bəzi statistik göstəricələrin nəyə görə yaxşılaşdığını anlamaq mümkün olmur. Başa düşmək lazımdır ki, gurultulu sözlərlə özümüzü aldatmağın mənası yoxdur”. Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan da parlamentdəki çıxışında Statistika Xidmətin tənqid edərək yalan məlumatlar yaymaqda, müəyyən qrupların maraqlarına xidmət etməkdə ittiham edib. Onun sözlərinə görə, konkret halda Kənd Təsərrüfatı Nazirliyi 120 min ton üzüm topladığı halda, statistikada bu, 300 min ton kimi qeyd edilir. Baqratyan hesab edir ki, bununla da bəzi şərab istehsalçılarının maraqlarına xidmət edilir. Ermənistanda iqtisadi vəziyyətin ağırlaşması hava nəqliyyatına da təsirsiz ötüşməyib.

“Joxovurd”: “Eyr Armenia”nın iflas olunması haqqında qərar qəbul edilib”
“Tert.am” yazır ki, Ermənistanın aviasiya sferasında yaranan çətin vəziyyət çoxdan bəllidir. İki ildir ki, əhali milli aviasiya şirkətinin yaranmasına ümid edir. “Armavia”nın iflas elan olunmasından sonra bu statusa “Eyr Armenia” iddia edirdi. Amma bu şirkət bu ilin avqust ayından etibarən müntəzəm reysləri dayandırıb. Şirkətdən verilən məlumatda qeyd edilirdi ki, maliyyə vəziyyəti düzələn kimi müntəzəm reyslər bərpa olunacaq. Amma “Joxovurd” qəzeti məlumat yayıb ki, İrəvan administrativ rayonuna daxil olan Kentron və Nork-Marş dairəsinin məhkəməsi “Eyr Armenia”nın iflas olunması haqqında qərar qəbul edib. Məhkəmə qərarı “Eyçr-Es-Bi-Si-Bank Armenia»nın iddiası əsasında qəbul edilib. Şirkətin əmlakı həbs altındadır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info