Rusiya Suriyada “S-400” zenit-raket sistemləri yerləşdirir
Tarix: 26.11.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Raket kreyseri Suriyadakı Rusiya Hərbi Hava Qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün Lataki limanına yaxınlaşıb

Rusiyanın “Su-24” bombardmançı təyyarəsi ilə bağlı hadisə fonunda Moskva Suriyanın Xmeymim aviabazasında son model zenit-raket sistemləri yerləşdirmək qərarına gəlib.
Rusiya Müdafiə Nazirliyinin Xmeymim aviabazasında yerləşdirilən aviasiya qrupu yeni C-400 zenit-raket sistemləri ilə təchiz ediləcək. Bu barədə müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Sergey Şoyqu Rusiyanın Suriyadakı hərbi bazanı son zenit-raket sistemləri ilə gücləndirmək təklifi ilə çıxış etmişdi. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin təklifi ilə razılaşıb. Bu xəbəri Rusiya prezidentinin mətbuat katibi. Dmitri Peskov da təsdiqləyib. Xatırlatmaq yerinə düşər ki, bölgədə yaranmış vəziyyətlə əlaqədar bu ölkənin havadan müdafiə sistemi ilə silahlanmış "Fort" raket kreyseri də Suriyadakı Rusiya Hərbi Hava Qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün bu ölkənin Lataki liman şəhərinə yaxınlaşıb. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi artıq Suriyada “Su-24” bombardmançı təyyarəsinin vurulması ilə bağlı bir sıra cavab tədbirləri həyata keçirməyə başlayıb. Artıq Rusiyanın “Moskva" raket kreyseri Lataki limanındadır. “Biz artıq prioritet tədbirlər görmüşük. Mən bütün bu işlərlə əlaqəsi olanlardan dərhal fəaliyyətə keçmələrini xahiş edirəm. Qeyd etdiyim kimi, Baş Qərargah artıq bu məsələlərlə əlaqədar birr sıra tədbirlər həyata keçirib” - deyə Sergey Şoyqu bildirib. Nazirin sözlərinə görə, "Moskva" raket kreyseri artıq döyüş vəzifəsini yerinə yetirməyə başlayıb: “Bu kreyser təyyarələr üçün potensial təhlükə törədən hər hansı bir hava hədəfini məhv etməyə hazırdır. Bundan sonra hərbi əməliyyatlar zamanı bombardmançı təyyarələri qırıcı təyyarələr müşayiət edəcək. Rusiya üçün potensial təhlükə törədən bütün hədəflər dərhal məhv ediləcək”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info